Azərbaycan Dövlət İnformasiya Agentliyi

AQTA rəsmisi: Qida zəncirində riskəsaslı dövlət nəzarətinin əhatə dairəsi genişləndirilib

Bakı, 26 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, AQTA-nın sədr müavini Əziz Şərifov ötən il ərzində agentliyin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, qida zəncirində riskəsaslı dövlət nəzarətinin əhatə dairəsi genişləndirilib, saxta və təhlükəli məhsulların dövriyyədən çıxarılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bununla yanaşı, laborator müayinələr gücləndirilib, idxal və ixrac proseslərində beynəlxalq standartlara uyğunlaşma təmin olunub, elektron nəzarət sistemləri tətbiq edilib və yerli məhsullar üçün yeni bazarlara çıxış imkanları yaradılıb.

Qeyd olunub ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla yekunlaşıb, növbəti dövrü əhatə edən yeni Dövlət Proqramı hazırlanıb. “Bitki sağlamlığı haqqında” və “Heyvan sağlamlığı haqqında” qanun layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Qida təhlükəsizliyi sahəsində mövcud normativ bazaya dəyişikliklər edilib, 10-a yaxın yeni sanitariya norma və qaydalar hazırlanıb. Xüsusi həssas qruplar üçün 1994-cü ildən bəri istifadə olunan normalar yenilənib və Nazirlər Kabinetinin müvafiq Qərarı ilə tibb, təhsil və sosial müəssisələrdə istifadə üçün təsdiq edilib.

Əziz Şərifov qida zənciri üzrə dövlət nəzarətinin nəticələrinə dair statistik göstəriciləri diqqətə çatdırıb. Bildirib ki, 2025-ci ildə 4 304 müəssisədə yoxlama aparılıb və 3 739 müəssisədə uyğunsuzluq aşkarlanıb. Qanunvericiliyin tələblərinə əsasən, tədbirlər görülüb. Eyni zamanda, 7 halda kərə yağı adı altında bitki tərkibli yağların satışı faktı aşkar edilərək istehlakçıların aldadılmasının qarşısı alınıb. 561 dönərxana və 21 çiy dönər emalı müəssisəsində nəzarət tədbirləri həyata keçirilib, 373 dönərxanada və 18 çiy dönər emalı müəssisəsində nöqsanlar aşkar olunub: “497 müəssisədən 600 nümunə götürülərək müayinəyə cəlb edilib, 107 müəssisəyə məxsus 122 nümunədə uyğunsuzluq aşkarlanıb. Yoxlamalar zamanı mal əti adı ilə satılan məhsullardan götürülən nümunələrdə bir sıra hallarda at və camış ətinin DNT-si aşkarlanıb. İstehlakçıları aldatmaq məqsədilə “kənd toyuğu” görüntüsü yaratmaq üçün sintetik boyaq maddələrindən istifadə edilərək toyuqların süni şəkildə sarı rəngə boyanması faktlarının qarşısı alınıb. Bəzi məhsullarda dadlandırıcı maddələrin normadan artıq istifadəsi halları müəyyən edilərək müvafiq tədbirlər görülüb”.

Sədr müavini diqqətə çatdırıb ki, ov ətlərindən qanunsuz istifadə faktlarına da rast gəlinib. Hətta 7 obyektdə “Qırmızı kitab”a daxil edilmiş oxlu kirpi və turac ətlərinin satışa və ya istifadəyə cəlb olunması aşkarlanıb və qanunvericiliyə uyğun tədbirlər həyata keçirilib. Eyni zamanda, agentlik IDEA İctimai Birliyi ilə birgə aparılan monitorinqlərdə vəhşi heyvanların və quşların ictimai iaşə müəssisələrində qanunsuz saxlanılması və nümayiş etdirilməsi faktları aşkar edilib:” Heyvanların bu cür şəraitdə saxlanılması və nümayiş etdirilməsi vətəndaşların zoonoz xəstəliklərinə yoluxması riskləri yaradır”.

Əziz Şərifov vurğulayıb ki, ötən il ərzində alkoqollu içkilərin dövriyyəsi üzrə aparılan nəzarət tədbirlərində ümumilikdə, müxtəlif növ 8 197 ədəd saxta alkoqollu içki aşkarlanaraq satışdan kənarlaşdırılıb və zəruri tədbirlər görülüb. Həmçinin ölkəmizə il ərzində 107 ölkədən müxtəlif növ qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətə dair məhsullar idxal olunub. İdxal zamanı 787 uyğunsuzluq halı aşkarlanıb, təhlükəsizlik və keyfiyyət göstəricilərinə cavab verməyən 2 min ton və 308 min ədəd məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb. “Yoxlamalar zamanı tərkibində qadağan edilən maddə aşkar olunan energetik içkilər, uyğunsuzluq aşkar edilən uşaq qidası, eləcə də təhlükəsizlik göstəricilərinə görə uyğunsuzluq müəyyən edilmiş ət və ət məhsulları, quş əti, bitkiçilik məhsulları, qənnadı məmulatları və digər məhsullar məhv edilib. 7 müxtəlif ölkənin 19 istehsalçı müəssisəsindən Azərbaycana məhsul idxalına qadağa tətbiq olunub. Görülən məqsədyönlü işlərin nəticəsi olaraq hazırda Azərbaycandan dünyanın 73 ölkəsinə qida, baytarlıq və fitosanitar nəzarətində olan məhsulların ixracı həyata keçirilir. 2025-ci ildə idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla 1 milyon tona yaxın bitkiçilik, 103 milyon ədəddən çox heyvan mənşəli, eləcə də 28 min tona yaxın müxtəlif növ emal olunmuş qida məhsullarına nəzarət beynəlxalq standartların tələblərinə uyğun olaraq həyata keçirilərək ixracı təşkil edilib. Bitkiçilik məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23 faizdən çox artıb və rekord həcmdə, 187,5 min ton xurma məhsulu idxalçı ölkənin tələblərinə uyğunlaşdırmaqla ixrac edilib. Avropa İttifaqı ölkələrinə kürü məhsulunun ixracı üçün icazənin davamlılığı təmin edilib, akvakulturada yetişdirilən balıqların ölkəmizdən Avropa İttifaqına ixracına dair müvafiq icazə alınıb və balıq məhsulları dünyanın bir sıra ölkələrinə ixrac olunub. Ölkəmizin quş qripi xəstəliyindən azad statusu qorunduğu üçün Amerika Birləşmiş Ştatları və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra ölkələrə, ümumilikdə 90 milyondan çox ərzaqlıq yumurta ixrac olunub. Balıq məhsullarının Böyük Britaniyaya ixracına icazənin əldə olunması üçün intensiv işlər davam etdirilir. Hesabat ilində Çinə bitkiçilik məhsullarından fındıq və badam üçün ixrac icazələri alınıb. 2025-ci il oktyabrın 20-də agentliyin Çinin CIFER (Çinə qida məhsulları idxal edən müəssisələrin qeydiyyatı sistemi) sistemində qeydiyyatı uğurla tamamlanıb və agentliyə giriş məlumatları təqdim edilib. Ölkəmizdən İsrailə dondurma, makaron məmulatları, alkoqollu içkilər, meyvə şirələri və bir sıra digər məhsulların ixracı üzrə icazələrin davamlılığı təmin edilib”, - deyə o qeyd edib.

AQTA-nın sədr müavini bildirib ki, qida təhlükəsizliyi dövlət, sahibkar və istehlakçı arasında qarşılıqlı etimad və əməkdaşlıq üzərində qurulan sistemdir. Bu sistemin effektivliyi hər üç tərəfin məsuliyyətli davranışından asılıdır. Burada sahibkarların da üzərinə xüsusi məsuliyyət düşür. Sahibkarlar məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinə diqqət yetirməklə yanaşı, beynəlxalq ticarət tələblərini nəzərə alaraq, xüsusilə qablaşdırma, etiketlənmə və daşınma şərtlərinə ciddi şəkildə əməl etməlidirlər.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədri Əli Nəbiyev isə bildirib ki, ötən il institutun 17 laboratoriyasında 759 mindən artıq müayinə həyata keçirilib və 50 yeni müayinə metodu tətbiq olunub. Bununla da, metodların sayı 990-a çatıb: “Nəticələrimizin etibarlılığı Almaniya, Türkiyə, Fransa, Böyük Britaniya və Niderlandın beynəlxalq səviyyədə tanınmış nüfuzlu qurumları tərəfindən təşkil olunan səriştəlik sınaqlarında təsdiqlənib”.

Əli Nəbiyev bildirib ki, 2025-ci ildə "1003 – Çağrı Mərkəzi"nə daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 51 qida zəhərlənməsi faktı təsdiqlənib. Ümumilikdə 401 zərərçəkən qeydə alınsa da, ölüm faktı olmayıb: “Təhlillərə görə zəhərlənmələrin 65 faizi məişət zəminində baş verib. Əsas səbəblər isə məişət şəraitində hazırlanan konservləşdirilən məhsullar, qarışıq qidalar və ictimai iaşədə dönər məhsulları olub”.

O xüsusi olaraq vurğulayıb ki, bəzi hallarda mediada qeyri-peşəkar şəxslər tərəfindən qida zəhərlənmələri ilə bağlı təhrif olunmuş statistik məlumatlar paylaşılır. “Diqqətə alınmalıdır ki, qida zəhərlənməsinin diaqnostikası yalnız laborator şəraitdə təsbit edilə bilər”, - deyə Əli Nəbiyev bildirib.

İdarə Heyətinin sədri deyib ki, 2025-ci ildə AQTİ-nin "Halal" uyğunluq sertifikatlaşdırması genişləndirilib, ölkədə ilk dəfə tətbiq edilən "Ulduz-reytinq" layihəsi çərçivəsində isə artıq 3 restoran (“Manqal”, “Dukkan”, “Çinar”) "5 ulduz" sertifikatına layiq görülüb. Bundan başqa, AQTA və AQTİ ISO 9001:2015 – “Keyfiyyət İdarəetmə Sistemi. Tələblər” standartı üzrə sertifikatla təltif olunub. Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində 15 yeni funksionallıq istifadəyə verilib. İdentikləşdirilmiş heyvanların sayında isə 26.2 faiz artım müşahidə olunub və bu günə qədər HİQS-də 869 773 baş heyvan qeydiyyata alınıb.

Daha sonra media nümayəndələrinin sualları cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır