Azərbaycan Dövlət İnformasiya Agentliyi

ARDNŞ-İN BİRİNCİ VİTSE-PREZİDENTİ, MİLLİ MƏCLİSİN DEPUTATI İLHAM ƏLİYEVİN VAŞİNQTONA SƏFƏRİ

ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev oktyabrın 23-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının energetika naziri Spenser Abraham, maliyyə nazirinin birinci müavini Kennet Dam, Xəzər hövzəsi diplomatiyası üzrə müşavir Stiven Mən, respublikaçı senator Çak Heygl, Amerika yəhudi təşkilatlarının nümayəndələri, Harvard Universitetində Xəzər araşdırmaları proqramının başçıları , ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri Tim Seyka ilə görüşlər keçirmiş, Ticarət Palatasının adından təşkil olunmuş rəsmi qəbulda iştirak etmişdir.

ABŞ-IN ENERGETİKA NAZİRİ SPENSER ABRAHAMLA GÖRÜŞ

İlham Əliyev Birləşmiş Ştatların energetika naziri Spenser Abrahamla görüşdə Vaşinqtonun yüksək səviyyəli rəsmiləri və xüsusilə də vitse-prezident Riçard Çeyni ilə apardığı müzakirələr haqqında məlumat vermişdir. O, etibarlı tərəfdaşlıq xarakteri daşıyan ABŞ-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsində cənab Çeyninin göstərdiyi səyləri yüksək qiymətləndirmişdir. İham Əliyev bildirmişdir ki, ABŞ hökumətinin dəstəyi olmadan Azərbaycanda həyata keçirilən enerji layihələrinin gerçəkləşməsi çətin olardı.

Görüş iştirakçıları Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin təməlinin qoyulması mərasimində iştirak etmələrini məmnuniyyətlə xatırlamış, 2005-ci ildə bu kəmərlə ilk neftin Ceyhana çatdırılacağına böyük ümid bəslədiklərini bildirmişlər. Tərəflər Bakı-Ərzurum qaz kəməri layihəsi barədə də fikir mübadiləsi etmiş, bu kəmərin Azərbaycan qazının təkcə Türkiyəyə deyil, həm də dünya bazarlarına çatdırılması üçün əhəmiyyətini vurğulamışlar. Cənab Spenser Abraham Amerika tərəfinin digər sahələrdə də Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirmişdir.

ABŞ-IN MALİYYƏ NAZİRİNİN BİRİNCİ MÜAVİNİ KENNET DAM İLƏ GÖRÜŞ

ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev oktyabrın 23-də ABŞ-ın maliyyə nazirinin birinci müavini Kennet Dam ilə görüşmüşdür. Söhbət zamanı Azərbaycanın makroiqtisadi göstəriciləri, enerji layihələrinin gerçəkləşdirilməsi, Neft Fondunun fəaliyyəti, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı məsələləri diqqət mərkəzində olmuşdur. İlham Əliyev ölkəmizin iqtisadiyyatındakı vəziyyət haqqında məlumat verərkən xüsusi vurğulamışdır ki, son bir ildə ümumi daxili məhsulun artımı 9,9 faiz olmuşdur, Azərbaycan adambaşına xarici sərmayələrin həcminə görə MDB məkanında birinci yeri tutur.

Bu günədək neft sektoruna sərmayə qoyuluşu 6 milyard dollar təşkil edir. Gələn 2-3 il ərzində daha 10 milyard dollar sərmayə qoyulması gözlənilir.

ARDNŞ-in birinci vitse-prezidenti Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına xüsusi əhəmiyyət verildiyini bildirərək demişdir ki, bu sahədə beynəlxalq maliyyə qurumları ilə işbirliyi mövcuddur. Ölkəmizdə aparılan özəlləşdirmə ilə yanaşı, bu qurumlarla birgə əhaliyə mikrokreditlərin verilməsi proqramları da həyata keçirilir.

İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş insanların vəziyyətindən də danışmışdır. O, təəssüflə vurğulamışdır ki, bu münaqişə həll olunmadığından qaçqın və köçkünlər neçə illərdir ağır şəraitdə, çadırlarda yaşayır və doğma yurd-yuvalarına qayıda bilmirlər. Azərbaycan tərəfi bu məsələnin həllində ABŞ hökumətinin dəstəyinə ümid bəsləyir.

Ətraflı məlumat üçün təşəkkür edən cənab Kennet Dam ABŞ-ın Azərbaycanla iqtisadi əlaqələrin inkişaf etdirilməsində çox maraqlı olduğunu vurğulamışdır.

ABŞ PREZİDENTİNİN XƏZƏR HÖVZƏSİ DİPLOMATİYASI ÜZRƏ MÜŞAVİRİ STİVEN MƏN İLƏ GÖRÜŞ

İlham Əliyevin oktyabrın 23-də ABŞ prezidentinin Xəzər hövzəsi diplomatiyası üzrə müşaviri Stiven Mən ilə görüşündə Xəzərin enerji ehtiyatlarının hasilatı və dünya bazarlarına nəqlinə dair layihələrin həyata keçirilməsinin vəziyyəti və bu sahədə ABŞ-Azərbaycan əməkdaşlığ barədə geniş fikir mübadiləsi aparılmışdır. Tərəflər enerji layihələrinin, xüsusilə də qaz sektoru ilə bağlı layihələrin perspektivlərini nəzərdən keçirmişlər.

RESPUBLİKAÇI SENATOR ÇAK HEYQLLƏ GÖRÜŞ

ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev həmin gün ABŞ konqresində Nebraska ştatının təmsilçisi respublikaçı senator Çak Heyql ilə görüşmüşdür.

Senator Heyql bildirmişdir ki, o, bölgəmizdə baş verən hadisələrlə daim maraqlanır. İlham Əliyev həmsöhbətinə Vaşinqtona səfəri çərçivəsində apardığı danışıqlar haqqında məlumat vermiş, Azərbaycanın son illərdəki qazandığı nailiyyətlərindən söhbət açmışdır. ARDNŞ-in birinci vitse-prezidenti demişdir ki, Azərbaycana xarici sərmayələrin çoxalması iqtisadi islahatların həyata keçirilməsinin sürətlənməsinə səbəb olmuşdur. Ölkəmizin enerji strategiyasından danışan İlham Əliyev ötən ay mühüm əhəmiyyəti olan Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisinə başlanmasını xüsusi vurğulamış, əvvəldən bu layihənin gerçəkləşməsi üçün göstərdiyi dəstəyə görə senator Çak Heqlə minnətdarlığını bildirmişdir.

Nebraskalı senator bölgədə enerji layihələrinin həyata keçirilməsinin geniş regionda coğrafi-siyasi sabitliyə müsbət təsir göstərdiyini vurğulamış, Ermənistan-Azərbaycan münaqişəsində tezliklə sülh əldə olunacağına ümid bəslədiyini söyləmişdir.

Cənab Heql Azərbaycan Prezidenti Heydər Əliyevə onun salamını yetirməyi xahiş etmiş, gələn ilin əvvəlində regionumuza səfər etmək niyyətində olduğunu bildirmişdir.

ABŞ-IN YƏHUDİ TƏŞKİLATLARININ

NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

İlham Əliyev oktyabrın 23-də ölkəmizin Vaşinqtondakı səfirliyində Amerika yəhudi təşkilatlarının nümayəndələri ilə görüşmüşdür. ARDNŞ-in birinci vitse-prezidenti yəhudi icmasının nümayəndələrinə Vaşinqtonda yüksək səviyyəli rəsmilərlə apardığı müzakirələrdən danışmış, sonra isə ölkəmizin iqtisadiyyatındakı irəliləyişlər, xüsusilə Xəzərin enerji ehtiyatlarının işlənilməsinə dair layihələrin həyata keçirilməsində əldə olunmuş nailiyyətlər barədə məlumat vermişdir. ABŞ-la antiterror mübarizəsi sahəsində əməkdaşlığın, habelə enerji və təhlükəsizlik sahələrində tərəfdaşlığın möhkəmləndiyini söyləyən İlham Əliyev məmnuniyyətlə bildirmişdir ki, Konqres tərəfindən qəbul edilən ədalətsiz 907-ci maddənin qüvvəsi dayandırıldıqdan sonra ölkələrimiz arasında münasibətlər yeni mərhələyə yüksəlmişdir. İlham Əliyev ABŞ-dakı yəhudi təşkilatlarının nümayəndələrini 907-ci maddənin tamamilə aradan qaldırılması məsələsində Azərbaycanı gələcəkdə də dəstəkləməyə çağırmışdır.

XƏZƏR ARAŞDIRMALARI PROQRAMININ BAŞÇILARI İLƏ GÖRÜŞ

ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin həmin gün Azərbaycanın Vaşinqtondakı səfirliyində Harvard Universitetində Xəzər Araşdırmaları Proqramının başçıları ilə də görüşü olmuşdur. Görüş iştirakçıları qeyd etmişlər ki, üç il bundan əvvəl yaradılan bu proqram Azərbaycan haqqında həqiqətləri ABŞ ictimaiyyətinə və dünyaya çatdırmaq sahəsində mühüm işlər görmüşdür. Elmi mərkəzin əməkdaşları ABŞ-ın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Ermənistan-Azərbaycan münaqişəsi və bunun ölkəmiz üçün ağır nəticələri haqqında yazılarla çıxış edirlər. Xəzər Araşdırmaları Proqramının tədqiqatçı direktoru xanım Brenda Şaffer İlham Əliyevə Harvard Universitetində 9 azərbayranlı tələbənin bu proqram üzrə təhsil alıb, vətənə qayıtması barədə məlumat vermişdir. İlham Əliyev bu proqramın ölkəmiz üçün əhəmiyyətli olduğunu vurğulamış, ona Azərbaycan tərəfindən lazımi dəstək göstəriləcəyinə söz vermişdir.

ABŞ-AZƏRBAYCAN TİCARƏT PALATASININ HƏMSƏDRİ TİM SEYKA İLƏ GÖRÜŞ

Oktyabrın 23-də İlham Əliyev Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri Tim Seyka ilə görüşmüşdür. Cənab Tim Seyka İlham Əliyevə palatanın fəaliyyəti haqqında geniş məlumat vermişdir. Görüş iştirakçıları məmnuniyyətlə vurğulamışlar ki, ABŞ-Azərbaycan Ticarət Palatası ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində müsbət rol oynayır.

ABŞ-AZƏRBAYCAN TİCARƏT PALATASINDA RƏSMİ QƏBUL

ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin Vaşinqtona işgüzar səfəri ilə əlaqədar ABŞ-Azərbaycan Ticarət Palatası oktyabrın 23-də “Uiliard İnterkontenental” mehmanxanasında rəsmi qəbul təşkil etmişdir. Qəbulda Vaşinqtonun yüksək səviyyəli bir sıra rəsmiləri, o cümlədən Missuri ştatını təmsil edən konqresmen Karen MakKarti, müdafiə nazirinin Avrasiyada təhlükəsizlik siyasəti üzrə müavini Mira Rikardel, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri səfir Rudolf Perina, habelə Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun başçısı doktor Fred Star, Eyzenhauer İnstitutunun başçısı Suzan Eyzenhauer, Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, işgüzar dairələrin təmsilçiləri iştirak edirdilər.

Xanım Karen MakKarti İlham Əliyevi salamlayaraq, 11 sentyabr terror hadisəsindən sonra Azərbaycanın ABŞ-a öz köməyini təklif edən ilk dövlətlərdən olduğunu xatırlatmışdır. O, bunun həmkarları, eləcə də təmsil etdiyi seçicilər tərəfindən yüksək dəyərləndirildiyini vurğulamışdır. Konqresmen Azərbaycan ilə ABŞ arasında energetika sahəsində tərəfdaşlığın həm ölkələrimiz, həm də bütün dünya üçün əhəmiyyətli olduğunu söyləmişdir. İlham Əliyevi təkcə Azərbaycranda deşyil, beynəlxalq aləmdə tanınmış siyasətçi adlandıran xanım MakKarti ARDNŞ-in birinci vitse-prezidentini Vaşinqtonda bir daha salamlayaraq, onunla hər zaman əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdir.

İlham Əliyev ziyafətdə çıxış etmişdir.

Şəfəq Akifqızı

AZƏRTAC-ın xüsusi müxbiri

Foto F. Xayrulinindir

Vaşinqton

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

“Axios”: ABŞ təyyarələri Vensin İranla saziş imzalayacağı mümkün səfərindən əvvəl Avropaya yola düşəcək

İyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri fəaliyyət göstərməyəcək

Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin ortaq maraqlarının təzahürüdür

La-Manş tunelinin sahibi Böyük Britaniya hökumətinə qarşı hüquqi mübarizəyə başlayacağını açıqlayıb

Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb

Mert Özdeş: İstanbul Bəyannaməsi yeni geosiyasi reallığı dünyaya elan edən kritik sənəddir

BMU və Çinin Pekin Kimya Texnologiya Universiteti birgə fakültə təsis etdi

Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb

Şuşa sakinlərinə tibbi xidmətlər göstərilib

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb

Media nümayəndələri insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiyada iştirak ediblər

® “TuranBank” gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Yunanıstan 2027-ci ilin sonunadək Rusiya qazından tam imtina etməyi planlaşdırır

Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər

NATO: ABŞ-nin Avropadakı hərbi gücünü azaltması Alyansı uzunmüddətli perspektivdə gücləndirəcək

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub

İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq ediləcək

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir

Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

Xüsusi qabiliyyət imtahanlarının keçirilmə qrafiki açıqlanıb