“Arpaçay” Dövlət Təbiət Yasaqlığının ərazisində yaşıllaşdırma işləri görülüb
Şərur, 7 mart, AZƏRTAC
Muxtar respublikanın Şərur rayonunda yerləşən “Arpaçay” Dövlət Təbiət Yasaqlığının ərazisində toxumla bərpa işləri aparılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbir zamanı sərhəd yaşayış məntəqəsi olan Şahbulaq kəndi yaxınlığında 4 hektar sahəyə yemişan, həmərsin, badamça, iydə və ardıc bitkilərinin toxumları əkilib.
Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Şərur rayonunda ötən il 13 hektar sahədə toxumla bərpa işləri aparılıb. Həmin işlər Havuş kəndinin yaxınlığında və Qaraquş ərazisində daha geniş miqyasda aparılıb. Belə tədbirlərin yaz və payız mövsümündə davam etdirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [21:35]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [20:35]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:30]
Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO
- 15.10.2026 [20:21]
“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO
- 15.10.2026 [19:52]