“ARŞIN MAL ALAN” YENİ URENQOYSƏHNƏSİNDƏ
Eldar Quliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Rusiyanın şimalına səfərdən məqsəd burada sayı üç min nəfərdən çox olan Azərbaycan diasporunun həyatı ilə tanış olmaq, habelə Yeni Urenqoy ictimaiyyətini Konqresin fəaliyyəti və dövlətimizin xaricdə yaşayan soydaşlarımızın dəstəklənməsinə yönəldilmiş siyasəti barədə məlumat vermək idi.
E.Quliyev onu da bildirmişdir ki, bu yaxınlarda RF Federasiya Şurasının üzvü, “Nortqaz” firmasının prezidenti Fərhad Əliyevin dəstəyi ilə Anton Makarskinin rəhbərliyi ilə “Arşın mal alan” əsərini səhnələşdirən teatr truppası Yeni Urenqoya gəlmişdir. Əsər Rusiya aktyorlarının ifasında Yeni Urenqoyun ən müasir və böyük teatr salonunda müvəffəqiyyətlə oynanılmışdır. O demişdir: “Tamaşaya şəhərin və mahalın rəhbərləri, Azərbaycan diasporunun və ictimaiyyətin nümayəndələri gəlmişdilər. “Arşın mal alan” alqışlarla qarşılanmış və tamaşa başa çatandan sonra təşkilatçılar həmin əsərin Rusiyanın şimal regionunda göstərilməsinə görə Fərhad Əliyevə, Azərbaycan səfirliyinə və ÜAK-a təşəkkür edilmişdir. Üzeyir Hacıbəyovun ölməz “Arşın mal alan” əsərinin Rusiya səhnələrində göstərilməsi Azərbaycan diasporu ilə işin tərkib hissəsi olub, mədəniyyətimizin və incəsənətimizin təbliği məqsədi daşıyır.
ÜAK-ın icraçı direktoru demişdir ki, Yeni Urenqoyda Azərbaycan diasporu ilə görüş də keçirilmiş, yaxın gələcəkdə burada ÜAK-ın regional şöbəsini yaratmaq barədə razıllıq əldə olunmuşdur.