“Art kino” adlı yeni layihə həyata keçiriləcək
Bakı, 1 avqust, AZƏRTAC
Avqustun 2-si ölkəmizdə Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramıdır. Əlamətdar gün münasibətilə mədəniyyət ocaqlarında müxtəlif tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, kinomuz üçün əlamətdar gündə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Salyan Dövlət Rəsm Qalereyasında “Art kino” adlı yeni layihə həyata keçiriləcək.
Layihənin məqsədi rəssamlıq sənəti ilə kinonun sintezini diqqətə çatdırmaqdır.
Avqustun 2-də layihə çərçivəsində rəssamların həyat və yaradıcılığına həsr olunan filmlər nümayiş etdiriləcək. Bundan əlavə, səyyar film nümayişləri də nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]