Arxeologiya və etnoqrafiya üzrə magistrlik dissertasiyaları onlayn müdafiə edilib
Bakı, 25 iyun, AZƏRTAC
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun magistr dissertasiya işlərinin müdafiəsi üzrə ixtisaslaşdırılmış Elmi Şurasının onlayn iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda arxeologiya və etnoqrafiya ixtisaslaşması üzrə təhsil alan II kurs magistrantları Nərmin Məmmədlinin “Şirvan bölgəsinin antik dövr bədii metalişləmə sənəti (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” və Günay Bayramovanın “Keramika və xalçalar üzərindəki naxışların semantikası” adlı magistrlik dissertasiyaları təqdim olunub.
Magistrantlar tədqiq etdikləri mövzunun aktuallığı, elmi yeniliyi, istifadə etdikləri mənbələr, dissertasiya işlərinin quruluşu, əldə etdikləri nəticələr barədə ətraflı məlumat verib, ixtisaslaşdırılmış Elmi Şura üzvlərinin mövzu ilə bağlı suallarını cavablandırıblar.
Tədqiqat işləri yüksək qiymətləndirilib.