Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arzulanan, amma gecikən “Nabukko”...

Bakı, 13 aprel (AZƏRTAC). Son illər Azərbaycanda yeni qaz yataqları kəşf edilmişdir. “Şahdəniz-1”, “Şahdəniz-2” strukturları ilə yanaşı, ötən il aşkarlanan “Ümid” yatağı da ölkəmizin qaz potensialına əlavə güc qatmışdır. Əldə olunmuş geofiziki məlumatların və süxur nümunələrinin təhlilinin nəticələrinə əsasən, burada 200 milyard kubmetr qaz, 30-40 milyon ton kondensat ehtiyatı vardır. Eyni zamanda, perspektiv “Babək” yatağının ehtiyatlarının “Ümid”dən iki dəfə böyük olacağı proqnozlaşdırılır.

Ölkəmizin enerji ixrac marşrutlarının şaxələndirilməsinin xüsusi diqqətdə saxlandığını nəzərə alsaq, Avropa ölkələrinin önəm verdiyi “Nabukko” layihəsi öz əhəmiyyəti və ölçüsü ilə bu ehtiyatlara daha çox cavab verir. Ancaq belə beynəlxalq layihələrin həyata keçirilməsində kommersiya məsələlərini də unutmaq olmaz. Əslində müəyyən maliyyə mənbələrindən bu layihənin həyata keçirilməsinə resursların ayrılması, belə demək mümkünsə, daha çox arzu edilir.

İllik tutumu 31 milyard kubmetr olacaq “Nabukko”nun inşası 2009-cu ilin iyulunda Ankarada imzalanan hökumətlərarası razılaşma ilə dəstəklənməkdədir və bu razılaşma 2059-cu ilədək qüvvədədir. “Nabukko” Türkiyənin BOTAŞ, Bolqarıstanın “Bulgargaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın MOL, Avstriyanın OMV və Almaniyanın RWE şirkətlərinin pay sahibi olduqları Nabucco Gas Pipeline International şirkəti (NIC) tərəfindən icra edilməkdədir. Bu şirkətlər NIC-də bərabər paya sahibdir, qərarlar isə yekdil səslə qəbul olunur. “Nabukko” boru kəmərinin keçdiyi ölkələrdə tikinti işlərinin qanunlara uyğun və məhsuldar icra edilə bilməsi məqsədi ilə NIC tərəfindən hər ölkədə bir milli “Nabukko” şirkəti yaradılacaq və bütün bu tələblər o şirkətlər tərəfindən qiymətləndiriləcəkdir. Bu şirkətlər hələ ki, yaradılma mərhələsindədir.

Boru xəttinin inşası üçün nəzərdə tutulan məbləğin əsasən maliyyə qurumlarından ayrılması planlaşdırılır - 30 faiz Nabucco Gas Pipeline International şirkəti, 70 faiz isə digər maliyyə mənbələrindən götürüləcəkdir. Ümumiyyətlə isə, 7,9 milyard avroya başa gəlməsi planlaşdırılan “Nabukko”nun ümumi uzunluğu 3 min 900 kilometr olacaqdır. Boru xətti Gürcüstan-Türkiyə və İraq-Türkiyə sərhədlərində başlayacaq, Bolqarıstan, Rumıniya və Macarıstandan keçərək, Vyanada sona çatacaqdır. Boru xəttinin 2 min 581 kilometri Türkiyə, 412 kilometri Bolqarıstan, 469 kilometri Rumıniya, 384 kilometri Macarıstan və 47 kilometri Avstriya ərazisinə düşür.

2012-ci ildə inşasına başlanılacaq kəmərlə ilk qazın nəqli 2015-ci ilin sonuna planlaşdırılır. Boru xətti Avropa iqtisadiyyatına müsbət təsir göstərəcəkdir. Eyni zamanda, xəttin inşası yeni iş yerlərinin yaradılmasına və bununla da Avropada iş bazarının canlanmasına səbəb olacaqdır. “Nabukko” iştirakçı ölkələrin Avropada həyata keçirəcəkləri ən böyük infrastruktur layihədir. Boru tam fəaliyyət göstərəcəyi halda gələcəkdə 50 il ərzində Avropaya 1,550 milyard kubmetr qaz nəql edəcəkdir.

Həyata keçirilən tədbirlərlə yanaşı, hələ də təbii qaz və maliyyə mənbələri tam dəqiqləşdirilməmişdir. Avropa Komissiyasının fəallığının maliyyə mənbələrinin tapılmasında müsbət rol oynayacağını söyləyən mütəxəssislər bildirirlər ki, Avropa İttifaqı özünün enerji ilə təmin olunması üçün alternativ enerji mənbələrinin tapılmasını əsas hədəf kimi götürmüşdür. Eyni zamanda, gələcək illərdə enerji mübarizəsi getdikcə güclənəcəkdir. Buna görə də Avropa İttifaqı “Nabukko”ya daha çox önəm verir.

Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun bu il yanvarın 13-də Azərbaycana səfəri zamanı imzalanan Birgə Bəyannamə “Nabukko” kəmərinin ilk qaz mənbəyinin müəyyən edilməsində xüsusi əhəmiyyətə malik olmuşdur. İmzalanma mərasimindən sonra mətbuat konfransında çıxış edən X.M.Barrozu demişdir: “Hesab edirik ki, bizim enerji sahəsində əməkdaşlığımız çox yaxşı qurulubdur. Burada, mənim nümayəndə heyətimdə Günter Ottinger də var, o da xüsusi olaraq məhz həmin məsələlərlə məşğuldur. Mən Prezident İlham Əliyevlə ikitərəfli dialoq apardım. Azərbaycan bu sahədə Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Biz hesab edirik ki, Azərbaycan həm hasilatçı, həm tranzit ölkə kimi çox mühüm rol oynayır. Əslində, Azərbaycan şaxələndirmə məsələsinə ilk yol açan bir ölkə rolunu oynayır. Çünki biz bilirik ki, hələ Azərbaycan 1990-cı illərin ortalarında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. İndi isə artıq növbə qazındır. Elə buna görə də biz bu gün Cənub qaz dəhlizi ilə bağlı Birgə bəyannaməni imzaladıq. Bu da Avropa İttifaqının Azərbaycan qazını birbaşa almasına imkan yaradacaqdır. Bu dəhlizin yaradılması bizim müştərək strateji marağımızdan irəli gəlir”.

Nahaq yerə deyil ki, Birgə Bəyannamə imzalanandan sonra xüsusən Avropa mətbuatı bu xəbəri başlıqlara çıxararaq oxucularına xüsusi təmtəraqla təqdim etmişdir. Ölkəmizin ardınca Barrozunun sonrakı səfəri Türkmənistana olmuşdur. Avropa Komissiyasının sədri Prezident Qurbanqulu Berdiməhəmmədovdan boru kəmərinin türkmən qazı ilə təmin edilməsi üzrə rəsmi razılıq almaq istəyirdi. Barrozu istəyinə ancaq qismən nail oldu. Onun Prezident Q. Berdiməhəmmədovdan sözdə də olsa razılığını alması, bu layihənin həyata keçirilməsində iştirakçılara bir impuls vermişdir.

Avropada yerli qaz istehsalı çox böyük ölçüdə azaldığından, gələcəkdə artacaq tələbi qarşılamaq məqsədi ilə Avropa qaz bazarları ilə əlaqəni təmin edəcək yeni infrastruktur mənbələrinin tapılması vacibdir. Burada qaz nəqlinin şaxələndirilməsi xüsusi rol oynayır. Çünki yaxın illərin soyuq “qış sınaqları” artıq Avropa ölkələrini alternativ mənbələr haqqında düşünməyə vadar etmişdir və çox güman ki, bundan sonra da edəcəkdir. Bu baxımdan, böyük qaz ehtiyatlarına sahib olan Xəzər bölgəsi, Yaxın Şərq və Misir Avropanın iqtisadi müxtəlifliyi və təhlükəsizliyi baxımından əhəmiyyətli bir rolu üzərlərinə götürəcəkdir. Mütəxəssislər “Nabukko”ya Avropanın gələcəkdə yarana biləcək qaz ehtiyacını təmin etmənin yeganə yolu kimi baxırlar. Göründüyü kimi, Avropa Komissiyasını sədri də daxil olmaqla, mütəxəssislər Avropanın təbii qaza tələbatının ödənilməsində Azərbaycanın önəmini xüsusi vurğulayır və bu yöndə arzularını açıq şəkildə bildirirlər. Nəzərə alsaq ki, son illər dünyada baş verən enerji böhranları bu layihənin həyata keçirilməsinə stimul vermişdir, o zaman ötən əsrin sonlarından başlayaraq Azərbaycanın bu sahədə müsbət imicinin formalaşması və özünü əsl etibarlı tərəfdaş olmasını sübut etməsi bu layihənin həyata keçirilməsini sürətləndirə bilər. Bəs elə isə, bu qədər istək və arzuya rəğmən “Nabukko” niyə gecikir?!

Bütün bu sadalananlara rəğmən, “Nabukko” layihəsinin təməlinin atılması reallaşmır. Digər tərəfdən layihənin ev sahibi olan ölkələri arasında da kəmərdən götürüləcək ödənişlər və s. barədə hələ bir razılaşma əldə edilməmişdir. Buna görə də layihənin təməlinin qoyulması gecikir.

Ceyhun Rüstəmov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Trappesdə irqçi terror aktının şübhəlisi: Qurbanları etnik mənsubiyyətinə və dininə görə seçmişəm

Atasının ölümünə səbəb olan sürücü ilə zərərçəkmişlər barışdı – Məhkəmədən qərar

Azərbaycan 178 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib

Ruslan Atakişiyev: İslam maliyyəsində faizsizliyin mahiyyəti borc verərək üzərindən əlavə gəlir əldə edilməsinin qadağan olunmasıdır

COP31-də Azərbaycan pavilyonunda mühüm iqlim müzakirəsi: erkən xəbərdarlıq sistemlərinə regional baxış

Deputat: Konstitusiya Günü müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının, xalqın dövlətçilik iradəsinin təzahürüdür

Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb

Malik Həsənov: Əsas Qanunumuzun hüquqi qüvvəsi bu gün bütün suveren ərazilərimizdə bərqərar olub

COP31-də müzakirələr davam edir

Aşqabad səhnəsində Zəfər və Bayraq təntənəsi: Azərbaycan və Türkmənistan musiqiçilərindən möhtəşəm konsert

Sabahın hava proqnozu açıqlanıb

COP31-də bu gün “Dayanıqlı şəhərlər və tikilmiş ətraf mühit” mövzusu müzakirə olunur

İradə Hüseynova: Görkəmli alimlərin fəaliyyətinin təbliği gənclərin elmə marağını artırır

Şerif Foda: Enerji əməkdaşlığı Qafqaz regionunun beynəlxalq bazarlardakı mövqeyini gücləndirə bilər VİDEO

Şerif Foda: Enerji əməkdaşlığı Qafqaz regionunun beynəlxalq bazarlardakı mövqeyini gücləndirə bilər VİDEO

ABŞ-nin kommersiya neft ehtiyatları 9 milyon barel artıb

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub

Qazaxıstanda korrupsiyada şübhəli bilinən yüksəkvəzifəli iki məmur saxlanılıb

Nepalda mikroavtobusun dərəyə aşması nəticəsində 10 nəfər ölüb, 5 nəfər yaralanıb

Valeh Hacıyev: Xaricdə yaşayan azərbaycanlı alimlərin vahid platformalarda birləşdirilməsi mühüm istiqamətlərindəndir

İrqçi terror aktının əsas şübhəlisinin hədəf siyahısı Fransada siyasi narahatlıq yaradıb

® “Trendyol” 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqlayıb

Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb

Elçin Babayev: Elmi tədqiqatla tədrisin uğurlu şəkildə uzlaşdırılması müasir dövrün əsas tələblərindəndir

Süd vəzi xərçəngini erkən mərhələdə aşkarlayan yeni metod hazırlanıb

Qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artıb

Hirkan meşələri – təbiətin möcüzəsi VİDEO

Hirkan meşələri – təbiətin möcüzəsi VİDEO

Bu il 110-dan çox gənc sahibkara 6 milyon manatdan çox kredit ayrılıb

Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb

Bu saata olan əsas xəbərlər

Dövlət payı 51 faizdən az olan texnologiya parklarının rezidentləri üçün 20 illik vergi güzəştləri paketi tətbiq olunacaq

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ağarçin məbədi

Azər Bayramov: Ələt Azad İqtisadi Zonası sahibkarlara əlverişli biznes mühiti təqdim edir

Naxçıvanda parkda donmuş halda tapılan kişinin həyatını xilas etmək mümkün olmayıb

Təbiətin gizli təhlükəsi: zəhərli göbələklərdən ehtiyatlı olun

Əmirulla Məmmədov: Gənclərin texniki və təbiət elmlərinə yönləndirilməsi vacibdir

Fransada harkilərin faciəli taleyi: Beş ailə yaxınlarının məzarlarının taleyi ilə bağlı məhkəməyə müraciət edib

Nazir müavini: Gələn il dövlət büdcəsinin gəlirləri 1,7 faiz çox olacaq

Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur

2027-ci ildə bədən tərbiyəsi və idmanın təşkili üçün 35,8 milyon manat vəsait nəzərdə tutulub

Zəfərdən dövlətçilik zirvəsinə: milli kimliyimizin üç mühüm günü ŞƏRH

BDU-da professor Əmirulla Məmmədovun 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb

Himalay Məmişov: 2030-cu ildə cari xərclər tam olaraq qeyri-neft gəlirləri hesabına təmin olunacaq

Gələn il media qurumlarının xərclərinin qarşılanmasına 68,4 milyon manat vəsait ayrılacaq

NESR: Müasir texnologiyaların tətbiqi ilə Azərbaycanın quruda yerləşən yataqlarından səmərəli istifadə edilə bilər VİDEO

NESR: Müasir texnologiyaların tətbiqi ilə Azərbaycanın quruda yerləşən yataqlarından səmərəli istifadə edilə bilər VİDEO

Qvardiola ABŞ millisinin baş məşqçi postuna əsas hədəfdir

Nazir müavini: Növbəti ilin büdcəsi investisiyayönümlüdür

Nazir müavini: Gələn ilin büdcəsində qeyri-neft ÜDM-in 4,4%-lik real artımı əsas götürülüb

Qlobal bazarlarda süni intellekt şirkətlərinin səhmlərinə maraq kəskin artıb

COP31 Azərbaycanın beynəlxalq nüfuzunu və Türkiyə ilə strateji müttəfiqliyini bir daha nümayiş etdirir - ŞƏRH

Ötən ay qeyri-neft sektoru üzrə ixrac 414 milyon dolları ötüb

İqtisadiyyat naziri Hindistan şirkətlərinin rəhbərləri ilə mümkün birgə layihələri müzakirə edib

Oktyabrda qlobal miqyasda elektrikli avtomobil satışları 2,09 milyona çatıb

Deputat: Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi təməlini, milli iradəmizin əsasını təşkil edir

AQTA sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Özbəkistanın birinci xanımı Antalyada mühüm ekoloji təşəbbüslər irəli sürüb

Qızılın qiyməti 4000 dollar həddindən aşağıdadır

Milli Kitabxanada Konstitusiya Gününə həsr olunmuş virtual və ənənəvi kitab sərgisi açılıb

Neft qiymətləri son iki ayın minimumuna enib

Zabratda qanunsuz fəaliyyət göstərən ət emalı müəssisəsinin fəaliyyəti dayandırılıb

Xankəndidən səslənən Zəfər mesajı Azərbaycanın suveren iradəsinin təntənəsidir - ŞƏRH

“Xilasedici”nin baş məşqçisi: Qarşımızda yeni hədəflər var

İrakli Kobaxidze: Cənubi Qafqaz regionu Avropanı Şərqlə birləşdirən yeganə yoldur

Sankt-Peterburqda avtomobilin partlaması nəticəsində hərbi qulluqçu ölüb

Ötən gün 47 cinayətin açılması təmin olunub

Zərgərlik məmulatlarının əyarlanması və damğalanması ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

Şahin Əliyev: Dövlət idarəçiliyində süni intellekt texnologiyalarından istifadə imkanlarının artırılması diqqət mərkəzindədir

Yaxın Şərqdə müharibənin Körfəz ölkələrinə vurduğu maddi zərər 200 milyard dolları ötüb

Alimlər süd vəzi xərçəngini erkən aşkarlayan qan testi hazırlayıblar

Cevdet Yılmaz: Azərbaycan-Türkiyə qardaşlığının qarşısında heç bir qüvvə dayana bilməz

Azərbaycanlı alim Səmərqənd Dövlət Universitetində mühazirə oxuyub

Uitkoff və Kuşner danışıqlar aparmaq üçün Moskvaya gəliblər

Fermer: Birgə mübarizə tədbirləri zərərvericinin yayılmasının qarşısının alınmasına böyük töhfə verəcək

Avropa Kuboku: “Gəncə” Türkiyə klubu ilə qarşılaşacaq

Teymur Musayev: Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib

Kommersiya qurumlarının sayı 6,4 faiz artıb

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb

Qətər: Hörmüz boğazında böhranın qlobal iqtisadiyyata təsiri getdikcə ağırlaşır

Xankəndidə payızın rəngləri - şəhərin gündəlik həyatından FOTOREPORTAJ

Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb

Azərbaycan Universitetində Xaqani Şirvaninin 900 illik yubileyi qeyd olunub

GDU-da “Uşaq hüquqları” mövzusunda tədbir təşkil olunub

“VIVANT” serialı ilə əməkdaşlıq Azərbaycanın Yaponiya bazarında tanıdılmasına yeni imkanlar yaradır

Millətlər Liqası: Türkiyə Belçika ilə qarşılaşır

ADAU-da Konstitusiyanın dövlətçilik tariximizdəki rolu və əhəmiyyəti vurğulanıb

Birjalarda qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb VİDEO

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb VİDEO

Şəmkirdə avtomobil yol kənarına yuvarlanıb, sürücü və sərnişin ölüb

Bu gün Dünya Keyfiyyət Günüdür

“Xilasedici” CEV Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

Mütərəqqi dəyərlərə söykənən Azərbaycan Konstitusiyası

Hazırda Bakının hansı yollarında sıxlıq müşahidə edilir?

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

Bu gün Konstitusiya Günüdür

“Anthropic” bəzi ölkələrdə xidmətlərindən istifadəyə məhdudiyyət qoyub

“Nvidia” səhmləri baş direktorun mümkün istefası xəbəri fonunda 8,6 faiz ucuzlaşıb

ABŞ və Çin Rusiya ilə üçtərəfli danışıqların keçirilməsini vacib hesab edirlər

Litvada enerji şirkətlərinin fövqəladə mənfəətinə vergi tətbiq ediləcək