“ASAN Viza” portalının türkmən dilində versiyası istifadəyə verilib
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycana səfər etmək istəyən Türkmənistan vətəndaşları üçün “ASAN Viza” portalının türkmən dilində versiyası istifadəyə verilib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.
Bildirilir ki, portalın türkmən dilində versiyasının istifadəyə verilməsi elektron viza rəsmiləşdirilməsi prosesini Türkmənistan vətəndaşları üçün daha rahat və əlçatan etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) və Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyi tərəfindən həyata keçirilib.
Hazırda Türkmənistan vətəndaşları “ASAN Viza” portalına https://www.evisa.gov.az/tk/ linki vasitəsilə daxil olaraq elektron viza müraciətlərini digər dillərlə yanaşı, türkmən dilində də edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]