“ASAN xidmət”in rəsmi internet səhifəsi “NETTY2018”in qalibi olub
Bakı, 9 iyun, AZƏRTAC
“NETTY2018” Azərbaycanın milli internet mükafatının 14-cü mükafatlandırma mərasimi baş tutub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, “Dövlət saytı” nominasiyasında “ASAN xidmət”in rəsmi internet səhifəsi - www.asan.gov.az birinci yerə layiq görülüb.
Xatırladaq ki, “ASAN xidmət” ikinci dəfədir eyni nominasiyada qalib olur.
NETTY-2018 Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [15:02]
Abşeronda oğurluq edən şəxslər saxlanılıblar VİDEO
- 18.06.2026 [14:21]
Açıq və qapalı hovuzlar üçün sanitar-gigiyenik tələblər hansılardır?
- 18.06.2026 [12:34]
Özbəkistan üçün tarixi məqam
- 18.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 18.06.2026 [11:57]