Asif Verdiyev: Yağıntılı hava şəraiti yanvarın 12-dək fasilələrlə davam edəcək
Bakı, 10 yanvar, AZƏRTAC
Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 10-da ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılı hava şəraiti yanvarın 12-dək fasilələrlə davam edəcək.
Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev AZƏRTAC-a bildirib ki, yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 11-i gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.