Asiya İnkişaf Bankı vaksin alınması üçün Tacikistana 25 milyon dollar vəsait ayırıb
Düşənbə, 4 iyul, AZƏRTAC
Asiya İnkişaf Bankı vaksin alınması üçün Tacikistana 25 milyon dollar vəsait ayırıb.
AZƏRTAC xəbər verir ki, bu haqda jurnalistlərə Tacikistanın maliyyə naziri Fayziddin Kaxxorzoda bildirib. O deyib ki, bu vəsait peyvənd, şprislər və vaksini saxlamaq üçün soyuducular alınmasına xərclənəcək.
Qeyd edilib ki, ötən ayın sonunda ölkəyə 300 min doza Çin vaksini gətirilib, bu, dost ölkənin hədiyyəsidir. "COVAX" proqramı çərçivəsində Dünya Səhiyyə Təşkilatı da ölkəyə192 min doza “AstraZanesa” vaksini göndərib.
Qeyd olunub ki, indiyədək Tacikistanda 205 min insan peyvənd edilib.
Xatırladırıq ki, Tacikistanda mütləq vaksinasiya elan olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]