Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aslan Salmansoy: Səməd Vurğun “azərbaycançılıq” poetik konsepsiyasını formalaşdıran dahi şairdir - MÜSAHİBƏ

Aslan Salmansoy: Səməd Vurğun “azərbaycançılıq” poetik konsepsiyasını formalaşdıran dahi şairdir - MÜSAHİBƏ

Bakı, 25 iyun, AZƏRTAC

AZƏRTAC Səməd Vurğunun yaradıcılıq irsinin əhəmiyyətinə həsr olunmuş elm və mədəniyyət xadimləri ilə silsilə müsahibələrini davam etdirir.

Ölkə başçısının müvafiq Sərəncamına əsasən, bu il Azərbaycanın Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur.

İl ərzində görkəmli söz ustadının zəngin ədəbi irsinin qorunması və təbliği məqsədilə çoxsaylı elmi, mədəni və maarifləndirici tədbirlər keçirilir. Yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində xüsusi yer tutan Səməd Vurğunun əsərləri onilliklər keçməsinə baxmayaraq, bu gün də öz aktuallığını qoruyub saxlayır.

Filologiya üzrə fəlsəfə doktoru, vurğunşünas Aslan Salmansoy AZƏRTAC-a müsahibəsində Səməd Vurğun fenomenindən, onun Azərbaycan ədəbiyyatının inkişafındakı rolundan, zəngin yaradıcılıq irsinin özünəməxsusluğundan, insani keyfiyyətlərindən və əsərlərinin müasir cəmiyyət üçün əhəmiyyətindən danışıb.

- Fikrinizcə Səməd Vurğunun şair kimi fenomeni nədən ibarətdir?

- Səməd Vurğunun yaradıcılığı bu gün də öz aktuallığını itirmir. Məhz onun əsərlərinin bədii gücü, fikir dərinliyi və yüksək ədəbi sənətkarlığı müasir oxucuya bu görkəmli şairi yenidən kəşf etməyə və onun yaradıcılığının dərinliyinə varmağa imkan yaradır.

Səməd Vurğun Azərbaycan ədəbiyyatı tarixində xüsusi yer tutur. Onun fenomeni yalnız müstəsna şairlik istedadı ilə deyil, həm də şəxsiyyətinin miqyası ilə şərtlənir. O, yaradıcılığından şəxsiyyətini nəzərə almadan danışmağın mümkün olmadığı söz ustadlarındandır. Çünki onun zəngin şəxsiyyəti yaratdığı əsərləri tamamlayır, onların məzmun və mahiyyətinin daha dolğun açılmasına xidmət edir.

Səməd Vurğun “azərbaycançılıq” poetik konsepsiyasını formalaşdıran şairlərdən biri olub. Onun əsərlərində Vətən sadəcə coğrafi məkan deyil, doğma yurdun, milli kimliyin və mənəvi dəyərlərin rəmzi kimi təqdim edilir. Məhz buna görə də onun “Azərbaycan” şeiri bu gün də xalqın yaddaşında xüsusi yer tutur. Azərbaycana həsr olunmuş çoxsaylı əsərlər yazılsa da, bu mövzu yada düşəndə ilk xatırlanan nümunələrdən biri məhz Səməd Vurğunun məşhur “Azərbaycan” şeiri olur.

Səməd Vurğun parlaq və özünəməxsus bədii üslub yaradıb. Onun şeirləri ilk misralardan seçilir və tanınır. Bu mənada Səməd Vurğun Nizami, Füzuli, Vaqif, Sabir və Rəsul Rza kimi Azərbaycan ədəbiyyatının böyük nümayəndələri ilə eyni sırada dayanır. Onların hər biri öz ədəbi məktəbini yaradıb. Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Əliağa Kürçaylı və bir çox digər tanınmış şairlər özlərini qürurla Səməd Vurğunun ədəbi məktəbinin davamçıları adlandırıblar.

- Səməd Vurğunun yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafına necə təsir göstərib?

- Şübhəsiz ki, Səməd Vurğunun Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfə təkcə onun şəxsi yaradıcılığı ilə məhdudlaşmır. Bu töhfədə onun yaratdığı ədəbi məktəbin və həmin məktəbin davamçılarının da mühüm rolu var.

Səməd Vurğunun ailəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri – Xalq yazıçısı Yusif Səmədoğlu və Xalq şairi Vaqif Səmədoğlu yetişiblər. Onlar onun yaradıcılıq yolunun layiqli davamçıları olublar. Səməd Vurğunun yanında böyüyərək onun mənəvi və mədəni mühitində formalaşdıqları üçün, şübhəsiz, onun bədii prinsiplərini mənimsəmiş, bu prinsipləri öz yaradıcılıqlarında da yaşatmışlar.

Lakin Səməd Vurğunun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri yalnız poeziyası ilə məhdudlaşmır. O, şair, dramaturq, ədəbiyyatşünas, ictimai xadim və alim kimi də Azərbaycan ədəbiyyatı tarixində dərin iz qoyub. Onun 350-dən çox şeiri, 28 poeması və bir sıra dramatik əsəri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub. “Vaqif”, “Xanlar” və “İnsan” pyesləri haqlı olaraq milli dramaturgiyanın ən sanballı əsərləri sırasında yer alır.

Səməd Vurğun əvvəlcə Azərbaycan Yazıçılar Birliyinin məsul katibi, daha sonra isə sədri vəzifəsində çalışıb. O, Azərbaycan Milli Elmlər Akademiyasının təsisçilərindən biri olub, onun ilk akademikləri sırasında yer alıb və Akademiyanın vitse-prezidenti vəzifəsini tutub. Onun bilavasitə iştirakı və təşəbbüsü ilə bu sahənin fundamental elmi əsərlərindən sayılan üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin hazırlanması istiqamətində geniş iş aparılıb.

- Səməd Vurğun ədəbi fəaliyyətindən kənarda necə insan idi?

- Səməd Vurğun ədəbi fəaliyyəti ilə yanaşı, həm də böyük ürək sahibi, yüksək mənəvi keyfiyyətlərə malik insan kimi yadda qalıb. Onu xeyirxah, qayğıkeş, səxavətli və gənc istedadlara hər zaman dəstək göstərən bir insan kimi xatırlayırlar. Müasirlərinin xatirələrində onun gənc yazıçı və şairlərə kömək etməsi, onların təhsil almasına və ədəbi mühitdə öz yerlərini tutmalarına dəstək göstərməsi ilə bağlı çoxsaylı faktlar öz əksini tapıb. Bunun bariz nümunələrindən biri də Səməd Vurğunun gənc şair Əliağa Kürçaylını Bakıya dəvət etməsi və onun təhsil almasına kömək göstərməsidir.

Səməd Vurğunu yaxından tanıyan insanların demək olar ki, heç biri onun haqqında mənfi fikir söyləməyib. O, hər zaman insanlara kömək etməyə çalışar, dəstəyə ehtiyacı olanlara əl uzadardı. Həyat yoldaşı Xavər xanım da onun xeyirxahlığı və təmənnasızlığı barədə dəfələrlə xatirələrini bölüşüb.

Ədəbi fəaliyyətinin ilk illərində Səməd Vurğun çox cüzi əməkhaqqı alırdı. Yalnız Aleksandr Puşkinin “Yevgeni Onegin” mənzum romanını tərcümə etdikdən sonra onun maddi vəziyyəti xeyli yaxşılaşdı. Xavər xanımın xatirələrinə görə, bir gün yüksək məbləğdə qonorar aldıqdan sonra pulu evə gətirib həyat yoldaşının qarşısına düzdü və gülümsəyərək dedi: “Bunların üstü ilə gəz. Sənin üçün həmişə qeyri-adi bir şey etmək istəmişəm, amma əvvəllər buna imkanım olmayıb”.

Lakin gəlirləri artsa da, Səməd Vurğun həyat prinsiplərinə sadiq qaldı. O, qazandığı vəsaitin yalnız bir hissəsini evə gətirir, böyük qismini isə ehtiyacı olan insanlara verirdi. Çünki çətin həyat şəraiti ilə üzləşən insanlara yardım etməyi özünün mənəvi borcu hesab edirdi.

Müxbir – Günel Alıyeva
Foto – Orxan Kərimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək