“Aşqabad-2017”nin sonuncu günündə 7 dəst medal sahibini tapacaq
Aşqabad, 27 sentyabr, AZƏRTAC
Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir.
AZƏRTAC-ın Aşqabada ezam olunan müxbiri xəbər verir ki, Oyunların sonuncu günündə - sentyabrın 27-də idmançılar boulinq, şahmat və tennis yarışlarında mübarizə aparırlar.
Yarışın sonuncu günündə 7 dəst medal sahibini tapacaq.
"Aşqabad-2017"nin medal sıralamasında Türkmənistan millisi liderliyini davam etdirir.
Hesabında 89 qızıl, 70 gümüş və 85 bürünc medal olan Türkmənistan yığması birinci pillədə qərarlaşıb. İlk üçlüyü Çin (40-30-23) və İran (35-22-59) yığmaları tamamlayır.
Qazaxıstan (28-28-38) dördüncü, Özbəkistan (24-33-73) beşinci, Tailand (21-20-29) altıncı, Koreya Respublikası (15-11-15) yeddinci, Qırğızıstan (13-20-37) səkkizinci, Vyetnam (12-7-19) doqquzuncu və Honkonq (10-11-14) isə onuncu pillədə yer alıb.
İndiyədək 36 ölkənin idmançıları "Aşqabad-2017"də medal qazanıblar.
Qeyd edək ki, qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarında 6 min atlet 21 idman növündə gücünü sınayır. Oyunlarda Asiya (45) və Okeaniya (19) ölkələrini təmsil edən 65 komanda, habelə qapalı məkanlarda və döyüş növləri üzrə Asiya Oyunları tarixində ilk dəfə Asiya Olimpiya Şurasının bayrağı altında çıxış edən qaçqınlar komandası mübarizə aparır.
Səxavət Quliyev
AZƏRTAC-ın müxbiri
Aşqabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:00]
UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [20:21]