AŞQABADIN ORTASINDAN ÇAY AXACAQ
S.Niyazov bu barədə Aşqabadda süni çay yaradılması ilə bağlı keçirdiyi xüsusi müşavirədə məlumat vermişdir. Müşavirədə xarici iş adamları, biznesmenlər,Türkmənistan hökumətinin üzvləri iştirak etmişlər. Prezident bu işə Türkiyənin “Çalık holdinq”, “Polimeks” və Fransanın “Buiq” firmalarını cəlb etmək fikrindədir. Artıq bu firmalara layihənin qısa müddətdə hazırlanması tapşırılmışdır.
Türkmənbaşı demişdir: Dünya paytaxtlarının çoxu çay sahilində yerləşir və Aşqabad həmin paytaxtlardan geri qalmamalıdır.