ASTARADA XOCALI FACİƏSİNİN 17-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRİLMİŞDİR
Astara, 26 fevral (AZƏRTAC). Astara şəhərindəki “Şəhidlər” abidə-kompleksinin önündə Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Tədbir iştirakçıları buradakı əbədi məşəlin və Qarabağ müharibəsində şəhid olan astaralıların şəkillərinin həkk olunduğu lövhələrin önünə gül dəstələri düzmüşlər.
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Astara rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev 17 il əvvəl ermənilərin sovet hərbçilərinin köməyi ilə Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımını XX əsrin ən dəhşətli cinayəti kimi qiymətləndirmiş, məhz ümummilli lider Heydər Əliyev tərəfindən bu qanlı cinayətə siyasi və hüquqi qiymətin verildiyini diqqətə çatdırmışdır.
Tədbirdə Xocalı soyqırımına həsr olunmuş şeirlər oxunmuş, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:00]
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]