Astarada yeniyetmə məktəblilər arasında kross qaçışı üzrə rayon birinciliyinə yekun vurulub
Astara, 6 mart, Bağır Əliyev, AZƏRTAC
Astara Olimpiya İdman Kompleksində rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən yeniyetmə məktəblilər arasında kross qaçışı üzrə rayon birinciliyinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon birinciliyində 2002-2004-cü il təvəllüdlü qızlar bir, 2001-2003-cü il təvəllüdlü yeniyetmə oğlanlar üç və 2004-2007-ci il təvəllüdlü oğlanlar iki kilometr məsafəyə qaçış yarışlarında mübarizə aparıblar.
Birinciliyin nəticələrinə əsasən qalib gələnlər Astara rayon gənclər və idman idarəsinin diplomları və hədiyyələrlə mükafatlandırılıb.