REGİONLAR
Astaranın sitrus bağlarında naringi yığımına başlanılıb FOTO VİDEO
Astara, 20 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Bir neçə gündür Astaranın sitrus bağlarında naringinin tez yetişən sortunun yığımına başlanılıb.
AZƏRTAC xəbər verir ki, sitrus bağlarında naringi yığımı əsasən dağətəyi kəndlərdə aparılır. Yerli naringi sortları gec yetişdiyindən indi bağlarda “Karli” sortu yığılır. Hazırda 50 hektar sahədən 40 tondan çox məhsul yığılıb. Bu il məhsuldarlıq ötən ilə nisbətən yüksəkdir. Fermerlər məhsuldar ağacların hər birindən 100 kiloqrama yaxın naringi dərdiklərini bildirirlər. Amma dərimdə o qədər də həvəsli deyillər. Çünki bazarlarda naringinin satışı ötən ilə nisbətən xeyli aşağıdır. Ötən il bir kiloqramı 2 manata olan narıngi bu il 80 qəpik - 1 manat 50 qəpiyə satılır.
Qeyd edək ki, Astarada 2416 hektar sahədə naringi bağı var. Onlardan 147,4 hektarı məhsuldardır. Bu sahələrdən keçən il təsərrüfat sahibləri 30 min tondan çox məhsul yığıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]