ATƏT PA-NIN NÜMAYƏNDƏSİ AZƏRBAYCANAGƏLƏCƏKDİR
ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov AZƏRTAC-ın müxbirinə demişdir ki, Q.Lenmarker Ermənistanda ötən ilin sonlarında olub, Azərbaycanda isə parlament seçkiləri keçirildiyi üçün onun Bakıya səfəri təxirə salınmışdır. Bakıya səfər zamanı xüsusi nümayəndənin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hazırladığı məruzənin detalları, problemin həlli yolları və digər aktual məsələlər müzakirə olunacaqdır.
Komissiya sədri bildirmişdir ki, Lenmarkerin hazırladığı məruzə Assambleyanın ötən il Vaşinqtonda keçirilmiş sessiyasında müzakirəyə çıxarılmamışdır. Buna səbəb tərəflərin məruzəyə ciddi iradlarının olması olmuşdur. Azərbaycan tərəfinin rəy və təklifləri məruzəçiyə təqdim olunub və hazırda onların sənəddə əksini tapması üzərində işlər davam etdirilir.