Azərbaycan Dövlət İnformasiya Agentliyi

ATƏT PA-nın payız sessiyasında Ermənistan nümayəndəsi Azərbaycan deputatlarının ciddi tənqidinə məruz qalıb

Bakı, 3 oktyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Milli Məclisin sədr müavini, Azərbaycan parlamentinin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlarımız qurumun Cenevrədə keçirilən payız sessiyasında iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, parlamentin deputatı, ATƏT PA-da siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini Azay Quliyev daxildirlər.

Oktyabrın 3-də payız sessiyası Aralıq dənizi forumu ilə öz işinə başlayıb. ATƏT PA-nın sədri İlkka Kanerva, İsveçrə nümayəndə heyətinin rəhbəri Andreas Aebi və digərlərindən sonra Azərbaycan nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova ümumi debatlarda çıxış edərək deyib: “Aralıq dənizi hövzəsi sivilizasiyanın beşiyidir, dünya mədəniyyətinin incilərinin yaradıldığı bu bölgə bəşəriyyətə çox dəyərlər bəxş edib. Lakin təəssüf ki, bu ərazi nifaq, münaqişə, müharibə və fikir ayrılıqları məkanına çevrilib. Yaxın Şərqdə baş verən proseslər bizim hamımızı narahat edir. Biz ATƏT-in Parlament Assambleyasında bu problemə dəfələrlə müraciət etmişik. Yaxın Şərqdə proseslərin başlanmasından neçə illər keçib, lakin heç nə dəyişməyib. Şəhərlər viran edilir, insanlar ölür, qaçqınların sayı artır, insan hüquqları, yaşamaq hüququ pozulur. BMT də daxil olmaqla bir sıra beynəlxalq təşkilatlar terror aktları problemini, Qərb ölkələrində nicat axtaran miqrantlar problemini dəfələrlə müzakirə ediblər. Bu problem bizə - azərbaycanlılara yaxşı tanışdır. 20 ildən artıqdır ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, şəhərlər dağıdılıb, tarixi abidələr məhv edilib. Dəfələrlə müzakirə edilməsinə baxmayaraq, bu münaqişə hələ də həll edilməyib, bu səbəbdən qaçqınlar öz doğma yurdlarına qayıda bilmirlər. Yəni doğrudanmı Yaxın Şərqdən olan qaçqınlar 20 il, 30 il, 40 il gözləməli olacaqlar? Onlar öz torpaqlarına qayıdacaqlarmı, öz ərazilərini bərpa edə biləcəklərmi?”

R.Aslanova aşağıdakı məsələlərin müzakirə olunmasını təklif edib: “terrorçuları silahlandıran, muzdlu qatilləri və terrorçuları maliyyələşdirən kimdir, bu proseslərin davam etməsində hansı qüvvələrin marağı var?” O bildirib ki, bu proseslərin davam etməsi təkcə regionda deyil, bütün dünyada çox ağır nəticələrə gətirib çıxaracaq. Məşhur “ləngimək ölümə bərabərdir” kəlamı, deyəsən özünü doğruldur. Miqrasiya axınlarına görə narahatlıq keçirən ölkələr bu problemə daha konkret, daha rasional mövqedən yanaşmalıdırlar. Şərqdə sülh, Aralıq dənizi hövzəsində əmin-amanlıq bərpa edilməlidir, çünki bu, bütün dünyanın maraqlarına uyğundur.

Ermənistan nümayəndə heyətinin başçısı Artaşes Geqamyan sessiyada ölkəsinin təcavüzkar hərəkətlərinə haqq qazandırmaq üçün antiazərbaycan ruhlu çıxış edib.

Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova Geqamyanın qeyri-obyektiv ittihamlarına cavab olaraq deyib:

- Mənim ölkəm Yaxın Şərqdə döyüş əməliyyatlarına və terror aktlarına son qoyulmasına və bu hərəkətlərdə iştirak edən şəxslərin cəzalandırılmasına tərəfdar olan bütün ölkələrin mövqeyini dəstəkləyir. Azərbaycan hesab edir ki, dünyanın müxtəlif hissələrində təzahür edən hər növ ekstremizmin kökünü kəsmək lazımdır.

Geqamyanın Bakıda özünü “İraq və Şam islam dövləti” adlandıran terrorçu qruplaşmanın döyüşçülərinin mühakimə olunmasına etiraz etməsi faktı əslində Azərbaycanda məhkəmə sisteminin düzgün işləməsini göstərir, hüquqi dövlətdə belə də olmalıdır. Geqamyanın əvəzinə mən olsaydım, Ermənistan parlamentində onun həmkarlarını güllələyənləri və hakimiyyəti ələ keçirmək xatirinə onları idarə edənləri qınayardım.

Azərbaycan dünyəvi müsəlman dövlətidir, ekstremizmə və terrorizmə qarşı əməli işdə mübarizə aparan ölkədir.

Elə hesab edilməməlidir ki, dünyanın digər hissələri üçün təhlükəli olanlar təkcə döyüş əməliyyatlarında iştirak edən şəxslərdir. Biz problemin digər aspektlərinə də diqqət yetirməliyik. Hesab edirik ki, Yaxın Şərqin bu ölkələrindən ATƏT-in üzvü olan ölkələrin ərazilərinə köçürülmüş şəxslər hərtərəfli öyrənilməlidir, çünki amansız döyüşlər gedən əsas ölkə Suriyadır və ola bilsin ki, köçürülmüş insanlar özləri bu terror aktlarında iştirak ediblər.

Onların ATƏT üzvü olan ölkələrə qarşı terror aksiyalarında iştirak etməsi də potensial baxımdan mümkündür. Bu problem bizi çox narahat edir. Bildiyiniz kimi, Ermənistan Suriyadan olan etnik ermənilərin işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi və orada yerləşdirilməsi üçün əlindən gələni edir. Bu faktlar ATƏT-in sənədlərində də öz əksini tapıb. Ermənilərin əsas terror təşkilatları Suriya və Livan ərazilərində yerləşdiyi üçün ola bilsin ki, köçürülən şəxslər ASALA kimi təşkilatların üzvləridirlər, bu insanlar ölkəmiz üçün və bütövlükdə region üçün çox təhlükəli ola bilərlər.

Düşünürəm ki, biz suriyalı ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsinin və qanunsuz olaraq həmin ərazilərdə məskunlaşdırılmasının qarşısını almaq üçün tədbirlər görməliyik. Bu, beynəlxalq humanitar hüququn normalarına ziddir və azərbaycanlı köçkünlərin öz doğma yurdlarına qayıtmasına mane olur. Xüsusən ona görə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğal edilmiş ərazilərdə demoqrafik strukturun dəyişdirilməsinə son qoymağa çağırmış və dəfələrlə vurğulamışlar ki, bu, sülh prosesini xeyli mürəkkəbləşdirə bilər.

Bir daha təkrar edirəm, Suriyada vəziyyətin nizamlanması, habelə bunun humanitar nəticələri dünyanın müxtəlif hissələrində, o cümlədən Azərbaycanda vəziyyəti əsla mürəkkəbləşdirməməlidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO