Azərbaycan Dövlət İnformasiya Agentliyi

ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan Tibb Universitetində (ATU) Data-analitika və Süni İntellekt Laboratoriyasının açılış mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a ATU-dan məlumat verilib.

Bildirilib ki, mərasimdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli, səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun Baş direktoru, akademik Rasim Əliquliyev, Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsəd-zadə, ATU-nun İctimai Nəzarət və Məsləhət Şurasının sədri, Milli Məclisin deputatı İlham Məmmədov, universitetin professor-müəllim heyəti və digər mötəbər qonaqlar iştirak ediblər.

Açılışdan əvvəl qonaqlar “Nar toxumu datanın, nar isə biliyin simvolu” olaraq, hər dənəsi bir datanı ifadə edən nar toxumlarını torpağa əkiblər.

Daha sonra çıxışa başlayan rektor Gəray Gəraybəyli qlobal dünyada süni intellekt (Sİ) texnologiyalarının sürətlə bütün sahələrə nüfuz etdiyini, süni intellekt sistemlərinin müxtəlif sahələrdə tətbiqinin getdikcə aktuallaşdığını, eyni zamanda, bütün istiqamətlərdə olduğu kimi, müasir təbabətdə də artıq əsas transformasiyaedici amillərdən birinə çevrildiyini bildirib.

Rektor dünya miqyasında gedən inkişaf tendensiyalarına uyğun olaraq, dövlətlərin qlobal rəqabət mühitində üstünlüklər əldə etməsinə birbaşa təkan verən süni intellekt ekosisteminin ölkəmizdə də inkişafı və gücləndirilməsinin dövlət siyasətinin prioritet xətlərindən biri kimi önə çıxdığını vurğulayıb. Məhz bu aspektləri əsas tutaraq, ali tibb təhsili və elmi araşdırmalar mühitində süni intellektyönümlü laboratoriyanın yaradılması da mövcud dövlət strateji xəttinin əsas prinsiplərinə dəstək verir.

Ölkədə süni intellektlə bağlı mövcud çağırışlardan və qarşıya qoyulan hədəflərdən söz açan səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov xüsusilə səhiyyə sistemində bu istiqamətdə atılan mühüm addımlar, həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. “2024-2028-ci illər üçün rəqəmsal səhiyyə üzrə Milli Strategiya” ilə müəyyənləşən vəzifələri xatırladan Rüfət Hacıəlibəyov bu sahədə vahid ekosistemin qurulması, səhiyyə sistemində proseslərin rəqəmsallaşdırılması, rəqəmsal idarəetmənin təkmilləşdirilməsi və s. kimi istiqamətlər üzrə konkret və mühüm layihələrin icrasını diqqətə çatdırıb. O, xüsusən Səhiyyə Nazirliyi tərəfindən yaxın günlərdə təqdim olunan vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanması və fasiləsiz mübadiləsini təmin edən “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin Azərbaycanı Qafqaz və Mərkəzi Asiya regionunda rəqəmsal səhiyyə sahəsində lider mövqeyə yüksəltdiyini də nəzərə çatdırıb.

Akademik Rasim Əliquliyev də çıxışında süni intellekti yalnız texnoloji yenilik deyil, həm də iqtisadi, hərbi və siyasi üstünlüyü müəyyən edən, müasir dövrdə artıq qlobal güc balansını dəyişən başlıca amil kimi dəyərləndirib. Bu transformasiyanın dövlətlər qarşısında mühüm vəzifələr müəyyənləşdirdiyini bildirən R.Əliquliyev Azərbaycanda da bu sahədə son illərdə atılan addımlar, xüsusən Sİ ekosisteminin formalaşdırılması, bu sistemlərin tətbiqi üzrə əlverişli infrastrukturun yaradılması, rəqəmsal xidmət sahələrinin müəyyən edilməsi və inkişafının xüsusi strateji əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Akademik rəqəmsal dövlət modelinin texnoloji, data və şəbəkə suverenliyi kimi fundamental arxitektur prinsiplərə əsaslanmasının vacibliyini diqqətə çatdıraraq, bu istiqamətdə dövlət idarəçiliyinin bütün səviyyələrində koordinasiyalı fəaliyyətin önəmini qeyd edib.

ATU-nun İctimai Nəzarət və Məsləhət Şurasının sədri, Milli Məclisin deputatı İlham Məmmədov da ölkəmizdə texnoloji yenilik və tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri olduğunu nəzərə çatdırıb. Azərbaycanda innovativ texnologiyaların və süni intellektin tətbiqinin 2025–2028-ci illəri əhatə edən Dövlət Strategiyası çərçivəsində genişləndiyini deyən millət vəkili “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın qəbulunu, eyni zamanda rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradıldığını xatırladıb.

Daha sonra ATU-nun prorektoru Məlahət Sultan Data-analitika və Süni İntellekt Laboratoriyasının məqsədi, əhatə dairəsi, vacibliyi, həmçinin mərkəzin əsas vəzifələri haqda təqdimatla çıxış edib.

Çıxışlardan sonra qonaqlar Data-analitika və Süni İntellekt Laboratoriyasına baxış keçiriblər.

ATU-nun Tibbi və bioloji fizika kafedrasının müdiri, Data-analitika və Süni İntellekt Laboratoriyasının rəhbəri İsmayıl Qafarov qonaqlara fəaliyyətə başlayan laboratoriya haqqında ətraflı məlumat verib.

Bildirilib ki, laboratoriyanın yaradılması elmi fəaliyyətin keyfiyyətinin artırılması, innovativ yanaşmaların tətbiqi və universitetdaxili elmi potensialın birləşdirilməsi, eyni zamanda, ATU-da elmi-tədqiqat və tədris fəaliyyətinin müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi, tibdə rəqəmsallaşma proseslərinin elmi əsaslarla dəstəklənməsi və innovativ yanaşmaların universitet mühitinə sistemli şəkildə inteqrasiyasını zərurətə çevirir.

Sözügedən təşəbbüs tibbi və bioloji sahələrdə qarşıya çıxan mürəkkəb elmi problemlərin həllində süni intellekt, maşın öyrənməsi və data-analitika metodlarından istifadənin genişləndirilməsi, elmi-tədqiqat potensialının gücləndirilməsi və müasir tədqiqat mühitinin formalaşdırılmasına yönəlib. Laboratoriyanın yaradılması universitetin elmi fəaliyyətinin tətbiqyönümlülüyünün artırılmasına, elmi nəticələrin beynəlxalq elmi mühitdə tanınmasına və rəqəmsal tibbin inkişafına töhfə vermək məqsədi daşıyır.

Eyni zamanda, ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının fəaliyyəti universitetin uzunmüddətli inkişaf strategiyasına, elmi fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması və innovasiyayönümlü tədqiqat mühitinin formalaşdırılmasına xidmət edir.

Laboratoriyanın fəaliyyətində maşın öyrənməsi, dərin öyrənmə, biostatistika və bioinformatika metodlarının tətbiqi nəzərdə tutulur və bu metodların klinik məlumatlar, tibbi görüntülər və biomolekulyar verilənlər üzərində tətbiqi əsas istiqamət kimi müəyyənləşdirilir. Elmi tədqiqatlar həm fundamental, həm də tətbiqi xarakter daşıyacaq, əldə olunan nəticələrin tibbi praktikada istifadə imkanları prioritet olaraq qiymətləndiriləcək. Bu çərçivədə laboratoriyanın fəaliyyəti elmi əsaslı, metodoloji cəhətdən düzgün və beynəlxalq elmi standartlara uyğun tədqiqatların aparılmasına yönəldiləcək, eyni zamanda universitet daxilində mövcud elmi istiqamətlərin süni intellekt texnologiyaları ilə inteqrasiyasını təmin edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib