“Australian Open-2019-Final”: Novak Cokoviç 2:0 öndədir YENİLƏNİB
Bakı, 27 yanvar, AZƏRTAC
İkinci setdə yenə də üstün oyun nümayiş etdirən serbiyalı Novak Cokoviç rəqibinin ardıcıl səhvlərini bağışlamayıb - 6:2.
13:25
“Australian Open-2019” turnirinin final görüşünün birinci seti başa çatıb.
AZƏRTAC xəbər verir ki, gərgin keçən birinci setdə serbiyalı Novak Cokoviç daha üstün oyun nümayiş etdirərək 6:3 hesabı ilə qalib ayrılıb.
Qeyd edək ki, görüşdə ATP-ın reytinqində ilk iki yeri tutan tennisçi serbiyalı Novak Cokoviç və ispaniyalı Rafael Nadal qarşılaşırlar. Cokoviç reytinqin birinci, Nadal isə ikinci pilləsində qərarlaşıb.
Serbiyalı tennisçi “Böyük dəbilqə” seriyası turnirlərində 13 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olub. O, “Australian Open” turnirinin beşqat qalibidir.
Rafael Nadal “Böyük dəbilqə” seriyası turnirlərində 15 dəfə qalib gəlib. O, “Australian Open” turnirini bir dəfə - 2009-cu ildə qazanıb.
“Australian Open” “Böyük dəbilqə” seriyasının 2019-cu il mövsümündəki ilk turniridir. Turnirin ümumi mükafat fondu 44,5 milyon dollardır.