AVROPA AZƏRBAYCANLILARI KONQRESİ ABŞ PREZİDENTİNƏ MÜRACİƏT ÜNVANLAMIŞDIR
Bakı, 22 dekabr (AZƏRTAC). Avropa Azərbaycanlıları Konqresi (AAK) ABŞ Prezidenti Barak Obamaya müraciət ünvanlamışdır.
Müraciətdə, ABŞ Konqresi Nümayəndələr Palatasının Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal altında saxlayan separatçı rejimə 2010-cu il üçün 8 milyon dollar maliyyə yardımı ayırmasının Avropada yaşayan bütün azərbaycanlıları narahat etdiyi bildirilir.
Sənəddə, ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə bağlı mövqeyi ilə Dağlıq Qarabağ separatçılarına müxtəlif yardımlar göstərməsinin bir-birinə tamamilə zidd olduğu xüsusi qeyd edilir.
AAK Prezident Barak Obamanı ölkəsinin beynəlxalq nüfuzuna xələl gətirən bu cür addımların atılmasının qarşısını almağa çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]