Avropa çempionatında 3 medal qazanan qadın güləşçilər Vətənə qayıdıblar
Bakı, 18 fevral, AZƏRTAC
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanan qadın güləşçilərdən ibarət Azərbaycan millisi Vətənə qayıdıb.
AZƏRTAC xəbər verir ki, 83 xalla komanda hesabında 4-cü yeri tutan yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Güləş Federasiyasının nümayəndələri, məşqçilər və idmançılar qarşılayıblar.
Qeyd edək ki, yarışda yalnız Ukrayna (147), Türkiyə (142) və Rumıniyadan (101) geri qalan Azərbaycan yığması medalların əyarına görə Avropa çempionatlarında son 8 ilin, xallara görə son 6 ilin, komanda sıralamasına görə isə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb.
Milli komanda qitə birinciliyində 10 çəkidən yalnız 5-də təmsil olunub. Mariya Stadnik (50 kiloqram) və Alyona Kolesnik (59 kiloqram) qızıl, Elis Manolova (65 kiloqram) isə bürünc medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]