Avropa çempionatının son günündə 4 cüdoçumuz mübarizəyə qoşulub
Bakı, 18 aprel, AZƏRTAC
Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatının son yarış günündə Azərbaycanın 4 idmançısı mübarizəyə qoşulub.
AZƏRTAC xəbər verir ki, kişilər arasında ağır çəkili cüdoçularımız - Elmar Qasımov belaruslu Toma Nikiforov, Zelim Kotsoyev (hər ikisi 100 kq) avstriyalı Ayron Fara və Uşangi Kokauri (100 kiloqramdan yuxarı) avstriyalı Daniel Allerstorfer-gürcüstanlı İvan Koviç cütünün qalibləri ilə ilk qarşılaşmalarını keçirəcəklər.
Qadın cüdoçumuz İrina Kindzerska (78 kiloqramdan yuxarı) isə Fransa təmsilçisi Lea Fontaine ilə üz-üzə gələcək.
Qeyd edək ki, hələlik komandamızın aktivində 1 medal var. Belə ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov bürünc medal qazanıb.
Qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparır. Yarışda Azərbaycanı 9 idmançı təmsil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]