AVROPA İTTİFAQI XƏZƏR KÜRÜSÜNÜN QANUNSUZ SATIŞINA QARŞI MÜBARİZƏDƏ YENİ QANUNLARIN TƏTBİQİNƏ QƏRAR VERMİŞDİR
Bundan sonra kürü ixracı ilə məşğul olan ölkələr bu məhsulu qablaşdırarkən onların üzərində məhsulun istehsal olunduğu vaxt və qanuniliyi barədə xüsusi etiket yapışdırmalı və bu qaydalara ciddi riayət etməlidir.
Yeni qaydalar fauna və flora üçün qorxu yaranan yerlərdə beynəlxalq ticarət barədə 1975-ci il Konvensiyasında irəli sürülmüş tələblərin yerinə yetirilməsini təmin edir və nərə balığı nəslinin kəsilməsinin qarşısının alınmasında mühüm rol oynayacaqdır. Bu ilin iyununda Brüsseldə kürü ixracı və idxalı ilə məşğul olan ölkələrin nümayəndələrinin yığıncağı keçiriləcəkdir. Toplantıda kürünün qanunsuz satışına və nərə balığının gizli ovuna qarşı mübarizə üsulları müzakirə olunacaqdır.
Xatırladaq ki, Avropa İttifaqı, əsasən, Rusiyada və İranda istehsal edilən kürünün alıcısıdır. 1998-2003-cü illərdə Aİ 550 ton kürü idxal etmişdir. Bu, dünyada satılan kürünün 48 faizini təşkil edir.
2000-2005-ci illərdə Avropa İttifaqı ölkələrində 12 ton qanunsuz kürü tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]