Avropa İttifaqının borcu 2026-cı ildə 900 milyard avroya çatacaq
Bakı, 12 oktyabr, AZƏRTAC
Pandemiyadan sonra iqtisadiyyatın bərpası və Ukraynaya dəstək üçün aktiv vəsaitin cəlb olunması nəticəsində Avropa İttifaqının borcu üç ildən sonra 900 milyard avroya çatacaq.
AZƏRTAC “Financial Times” qəzetinə istinadla xəbər verir ki, Aİ nümayəndəsinin sözlərinə görə, Brüssel qısa müddətdə borc bazarında “əsl oyunçuya” çevrilib. Hazırda onun borcu 450 milyard avrodur ki, bu da 2020-ci ildə qeydə alınan göstəricidən doqquz dəfə çoxdur.
İqtisadiyyatın bərpası və dayanıqlı inkişaf üzrə plan pandemiyanın mənfi nəticələrinin aradan qaldırılmasına, həmçinin “Avropanın yaşıl və rəqəmsal keçidinə” yönəlib. Lakin onun reallaşdırılması üçün 800 milyard avro lazımdır.
Avropa İttifaqının üzərinə götürdüyü öhdəliyə əsasən, Brüssel 2028-ci ildən borcları bağlamağa başlamalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [23:20]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [22:57]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:23]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [21:45]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]