AVROPA KOMİSSİYASININ BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ AVROPA QONŞULUQ SİYASƏTİ ÜZRƏ KOMİSSARI ÖLKƏMİZƏ GƏLƏCƏK
Səfərdən məqsəd Avropa Qonşuluq Siyasəti vasitəsilə Avropa İttifaqı ilə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin dərinləşməsinə yardım etməkdir.
Bakıda olduğu müddətdə Benita Ferrero-Valdnerin rəsmi şəxslərlə keçirəcəyi görüşlərdə Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan üzrə Fəaliyyət Planının hazırlanması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və enerji təhlükəsizliyi məsələləri müzakirə olunacaqdır.
Benita Ferrero-Valdner bölgəyə səfəri ərəfəsində Cənubi Qafqaz ölkələrinin Avropa Qonşuluq Siyasətinə qoşulması onlarla əlaqələrdə yeni səhifə açıldığını demişdir.
Bölgədəki münaqişələrə toxunan komissar, 2006-cı ildə münaqişələrin həllində irəliləyişə nail olunacağına ümid etdiyini bildirmişdir.