Avropa Liqası: “Qarabağ” 1/8 finalda mübarizəni dayandırıb YENİLƏNİB
Bakı, 15 mart, AZƏRTAC
"Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu Almaniyada "Bayer"in qonağı olub.
"BayArena" stadionunda oynanılan görüş Leverkuzen təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində hesabı 58-ci dəqiqədə Abdullah Zubir açıb. "Köhlən atlar" 62-ci dəqiqədə meydanda azlıqda qalıb. Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 67-ci dəqiqədə Olavio Juninyo rəqibi növbəti dəfə cəzalandırıb. Meydan sahiblərindən Ceremi Frimponq 72-ci dəqiqədə fərqi minimuma endirib. Matçın yekun nəticəsini isə 90+3 və 90+7-ci dəqiqələrdə dubla imza atan Patrik Şik müəyyənləşdirib.
Səfərdəki ilk matçda Ağdam klubu ilə 2:2 hesablı heç-heçə edən "Bayer" iki görüşün nəticəsinə əsasən 1/4 finala vəsiqə qazanıb. "Qarabağ" isə Avropa Liqasında mübarizəni dayandırıb.
01:53
UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında keçirilən cavab matçında hesab bərabərləşib: 2:2.
AZƏRTAC xəbər verir ki, "BayArena" stadionunda oynanılan görüşdə meydan sahiblərinin heyətində Patrik Şik 90+3-cü dəqiqədə qola imza atıb.
01:34
UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında keçirilən cavab matçında hesab arasındakı fərq azalıb.
AZƏRTAC xəbər verir ki, "BayArena" stadionunda oynanılan görüşdə 72-ci dəqiqədə Ceremi Frimponq adını tabloya yazdırıb - 2:1.
01:27
UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında keçirilən cavab matçında ikinci qol vurulub.
AZƏRTAC xəbər verir ki, "BayArena" stadionunda oynanılan görüşdə "köhlən atlar"ın heyətində Olavio Juninyo 67-cı dəqiqədə rəqib qapısına yol tapıb.
01:19
UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında keçirilən cavab matçında hesab açılıb.
AZƏRTAC xəbər verir ki, "BayArena" stadionunda oynanılan görüşdə Abdullah Zubir 58-ci dəqiqədə Ağdam klubunu hesabda önə keçirib - 1:0.
01:03
UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında keçirilən cavab matçında ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, "BayArena" stadionunda oynanılan qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb.
00:54
UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasındakı cavab matçında ilk hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, "BayArena" stadionunda oynanılan qarşılaşmada komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
00:01
UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında cavab matçı başlayıb.
AZƏRTAC xəbər verir ki, "BayArena" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.
Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.