Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Avropa Mühasiblər və Auditorlar Federasiyasının növbəti Şura iclası Bakıda keçiriləcək

Bakı, 1 iyun, AZƏRTAC

Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) təşkilatçılığı ilə Portuqaliyanın paytaxtı Lissabonda “Kiçik biznesin gələcəyi: istedadların cəlb olunması, saxlanılması və ixtisaslarının artırılması” mövzusunda beynəlxalq konfrans və həmin qurumun idarə heyətinin İllik Ümumi Yığıncağı keçirilib.

Azərbaycan Auditorlar Palatasından AZƏRTAC-a bildirilib ki, konfransda Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) prezidenti, Albaniya, Almaniya, Belçika, Böyük Britaniya, Fransa, İspaniya, Kosovo, Niderland Krallığı, Portuqaliya, Rumıniya və Sloveniyanın peşəkar audit və mühasibatlıq qurumlarının rəhbər şəxsləri, habelə Azərbaycan Auditorlar Palatası sədrinin müşaviri, Beynəlxalq əlaqələr və xarici təşkilatlarla iş üzrə komitənin sədri Fəqan Qarayev iştirak edib.

Tədbiri IFAC-ın prezidenti Asmaa Resmouki, EFAA-nın prezidenti Salvador Marin və Portuqaliya Sertifikatlı Mühasiblər İnstitutunun prezidenti Paula Franco açdıqdan sonra, “Müasir dövrdə peşənin inkişafının qarşısında duran problemlər”; “İnnovasiyaların, avtomatlaşdırmanın və süni intellektin tətbiqinin mühasibat uçotunun və auditin aparılmasının ənənəvi üsullarını əvəz etməsi”; “Mövcud peşə sahiblərinin rəqəmsal texnologiyalardan istifadə etməklə ixtisaslarının artırılmasının və yeni istedadların cəlb edilməsinin peşənin inkişafı üçün zərurəti”; “Dayanıqlı inkişafı təmin edən hesabatlılıq”; Kiçik və orta müəssisələrdə rəqəmsal texnologiyalardan istifadə etməklə auditin aparılmasına yeni yanaşmalar” mövzularında məruzələr dinlənilib. Qeyd edilən məsələlər üzrə xarici təcrübəyə dair çoxsaylı materiallar əldə olunub.

EFAA-nın 2023-cü il üzrə İllik Ümumi Yığıncağında isə qurumun Əsasnaməsinə dəyişikliyin layihəsi, 2022-ci il üzrə fəaliyyətinə dair hesabatı, 2022-ci il üzrə Maliyyə hesabatları, 2023-2024-cü illər üçün büdcələri təsdiq edilib. Daha sonra EFAA-nın yeni prezidenti və İdarə Heyətinin üzvləri səsə qoyularaq Şura üzvləri və üzv dövlətlər tərəfindən seçilib.

Qurumun növbəti il üzrə beynəlxalq konfransının və İllik Ümumi Yığıncağının Belçika Krallığının Brüssel şəhərində, Şura iclasının isə Azərbaycanın paytaxtı Bakıda keçirilməsi təklif edilib və səsə qoyularaq təsdiq edilib.

EFAA-nın prezidenti Salvador Marin və quruma üzv dövlətlərinin audit və mühasibatlıq qurumlarının nümayəndələri bu münasibətlə Azərbaycandan olan nümayəndələri təbrik edib.

Qeyd edək ki, Azərbaycan Auditorlar Palatası bir sıra xarici qurumlarla, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) ilə əməkdaşlıq edir və hər iki qurumun tamhüquqlu üzvüdür.

Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) 1994-cü ildə yaradılaraq Avropa İttifaqında və bütövlükdə Avropada kiçik və orta ölçülü müəssisələrə peşəkar xidmət göstərən fərdi üzvləri olan milli mühasib və auditor təşkilatlarını özündə birləşdirən vahid təşkilatdır. EFAA-nın Avropa üzrə 380 mindən çox mühasib və auditorun təmsil olunduğu 15 üzvü var. Azərbaycan Respublikasının Auditorlar Palatası 2003-cü ildən bu qurumun tamhüquqlu üzvüdür. Hər iki qurumun təşkil etdiyi tədbirlərdə nümayəndə heyətlərimiz mütəmadi iştirak edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb

Beynəlxalq Muğam Mərkəzində konsert - “Qəlbimizin səsi”

COP28: 60-dan çox ölkə öz üzərinə soyutma sahəsində istixana qazları tullantılarının azaldılması öhdəliyi götürüb

Səpkilər əmələ gəldikdən üç gün sonra qızılcanın yoluxuculuq qabiliyyəti azalır

“Ulu Öndər Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda tədbir keçirilib

Bu ilin 9 ayında cinayətlərin ümumi sayı açıqlanıb

Ədəbiyyat İnstitutunun illik elmi hesabatı təqdim olunub

Ukraynada AZƏRTAC-ın təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan fotosərgi açılıb VİDEO

Üç aviaşirkətin reklamları qadağan edilib

Lənkəranda 60 yaşlı qadın ana olub

Azərbaycanda ilk dəfə peşə hazırlıq mərkəzi akkreditasiyadan keçirilib

Bakı-Şamaxı yolunun 123 kilometrliyində avtomobildə baş verən yanğın söndürülüb

Bir müddət öncə qızılca xəstəliyinin qeydə alındığı gimnaziyadan reportaj

GDU-da “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirilib

“Azərbaycan elminin inkişafında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin rolu” - sessiya

® İş adamları “OBA”da

İnfeksionist: Qızılcanın ağırlaşması zamanı birinci növbədə viral pnevmoniya inkişaf edə bilər

Azərbaycan çempionatının autsayderi məşqçisi ilə yollarını ayırıb

Ekspert: Qızılca zamanı yüksək temperaturu parasetamol vasitəsilə endirmək olar

Azərbaycan Prezidenti: Ermənistan yaxşı qonşu olarsa, öz suverenliyini qoruyub saxlaya bilər

Təyyar Eyvazov: Qızılcaya təkrar yoluxma demək olar ki, mümkün deyil

Sietldə Aleksandr Kolderin böyük sərgisi açılır

İnfeksionist: Qızılcaya qarşı peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar dərhal vaksinasiya olunmalıdırlar

ABŞ senatoru Bob Menendesin evindən oğurluq qızıl külçələr tapılıb

Prezident İlham Əliyev: Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırdır

Papa Fransisk səhhətində yaxşıya doğru irəliləyiş olduğunu deyib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Abşeronda vətəndaşlarla görüşəcək

“Azərişıq” rəhbərliyi COP 28 çərçivəsində xarici şirkət rəhbərləri ilə görüşlər keçirib

Təyyar Eyvazov: Qızılca virusu normal otaq temperaturunda iki saat qala bilir

Ötən ay Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 546 vətəndaş müraciət edib

Azərbaycan xalqının qədim musiqi aləti olan balaban UNESCO-nun siyahısında

Azərbaycan - Böyük Britaniya Hökumətlərarası Komissiyanın 6-cı iclası keçiriləcək

Növbəti TOEFL iBT imtahanı keçirilib

“Azərxalça”nın Müşahidə Şurasının iclası keçirilib

Sığınacaqda qızılcaya yoluxan 8 uşaq sağalaraq xəstəxanadan buraxılıb

Gürcüstan-Rusiya yolu yenidən bağlanıb

Qərbi Azərbaycan İcması ABŞ-dan Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkməyi tələb edib

Həkim–epidemioloq: Sumqayıtda noyabrın əvvəlindən bəri 135 nəfərə qızılca diaqnozu qoyulub

Basketbol yığmasının yeni baş məşqçisi: İki yerdə işləmək mənə problem yaratmayacaq

Gürcüstan ilə ABŞ arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanda ilk dəfə “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” açılacaq

Azərbaycan Prezidenti: Bizim daxili vəziyyətimiz xarici amillərdən asılı deyil

Voleybol üzrə Azərbaycan çempionatının oyunu xəstəliyə görə təxirə salınıb

Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim təşkil olunub

AFFA Premyer Liqanın üç klubunu cərimələyib

Prezident: Azərbaycan ərazisi bir çox Mərkəzi Asiya dövlətləri tərəfindən prioritet hesab edilir

Prezident İlham Əliyev: Müharibədən sonra Qarabağa minaların necə daşınması ilə bağlı sual açıq qalır

Co Bayden ilə Donald Tramp arasında söz dueli gərginləşir

AZAL Bakı-Milan reysinin sərnişinləri üçün xüsusi imkanlar təqdim edir

İnterpol tərəfindən axtarışda olan şəxs İstanbulda saxlanılıb

Azərbaycanın basketbol millisinin yeni baş məşqçisi açıqlanıb

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Böyük Britaniyanın dövlət naziri ilə görüşüb

Hacıqabul tibb müəssisəsində rentgen-müayinə fəaliyyəti dayandırılıb

“Yaddaş yanğısı”ndan yaranan kitab

AFFA və PFL rəhbərliyi Almaniyaya yollanıb

Hondurasda avtobus qəzası nəticəsində 12 nəfər ölüb

ADAU tələbələri yüksək təqaüd və xaricdə təcrübə imkanı əldə edəcəklər

İndoneziya Üləmalar Şurasının komissiya sədri Qərbi Azərbaycan İcmasında olub

Botanika İnstitutunun alimləri yad mənşəli ağac növü aşkar ediblər

Azərbaycan Prezidenti: İşğaldan azad olunmuş ərazilərdə mülkiyyətə dəymiş zərərlə bağlı hesablamalar aparırıq

BDU-da Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş simulyasiya konfransı keçirilib

Prezident: Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır, bu, bizim legitim hüququmuzdur

Avropa çempionatı: Azərbaycanın badminton yığmaları təsnifat mərhələsində mübarizə aparacaqlar

Peşə bayramı münasibətilə RİNN kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

UNESCO: Azərbaycanın qoşulduğu 4 çoxmillətli nominasiya Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib VİDEO

Əsgəran və Ağdamın işğaldan azad edilmiş ərazilərində rabitə qurulur VİDEO

Azərbaycan və İran arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb

“Azərbaycan Respublikasının bitki örtüyü xəritəsi” tərtib edilib

“Balaban sənətkarlığı və ifaçılıq sənəti” UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib

Prezident İlham Əliyev: İşğaldan azad edilmiş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətin ekologiyaya vurduğu zərər hesablanır

“Career Hacks by ATMU alumni” layihəsi başa çatıb

“Azərbaycanın alman yaşayış məntəqələrinin memarlığı” - elmi seminar

Azərbaycan millisinin boksçuları ölkə çempionatında yarımfinala yüksəliblər

Qərbi Azərbaycan kəndləri - Aşağı Qarabağlar

İcraçı direktor: “Minatəmizləmə ilə bağlı xaricdən gələn dəstək məhduddur, bu, artmalıdır”

Slovakiya Ukraynaya 671 milyon avroluq hərbi yardım göndərib

Prezident: Ermənistan özünü Azərbaycanla bütün kommunikasiyaların açılmasından məhrum edir

Gürcüstanın Suxumi Universitetinin professoru Qərbi Azərbaycan İcmasını ziyarət edib

Qırğızıstan prezidenti ad günündə məmurların ona hədiyyə verməsini qadağan edib

Qərbi Azərbaycan İcması: Tomas de Vaalın “dahiyanə” fikirləri heç kimə lazım deyil

Bu il Azərbaycanda qadınlara qarşı 5034 cinayət törədilib

Ərdoğan: Afinada imzalanacaq bəyannamə ortaq niyyətimizi ifadə edəcək

“Neftçi”nin hücumçusu: "Qarabağ"la xal fərqini azaltmağa çalışacağıq

Prezident İlham Əliyev: Avropa Parlamentində bəziləri özünü manyak kimi aparır

İcma sədri: Qərbi azərbaycanlıların hüquqları tam təmin olunmalıdır

Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edib  - YENİLƏNİB 2 VİDEO

Mərkəz rəisi: Havanın isti və quraq keçməsi sahələrdə zərərli orqanizmlərin çoxalmasına şərait yaradıb

Antoni Blinken və Van İ Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Azərbaycan Prezidenti: Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər

Əhliman Əmiraslanov: Zəfərimizdən sonra qarşımızda duran əsas məsələ Qərbi Azərbaycana qayıdışdır

KOBİA: İndiyədək 51 daxili bazar araşdırması aparılıb

Azər Əliyev: Laçınımız bizləri təsvir etdiyimizdən də gözəl qarşıladı, xoşbəxt günlərimiz yenidən başlayıb

Prezident: Azərbaycanın ərazi bütövlüyünün imza ilə təsdiqlənməsini gözləyirik

BMT nümayəndəsi: Biz ANAMA-nın fəaliyyətini dəstəkləyirik, minatəmizləmə sahəsində əlimizdən gələni edəcəyik

Prezident: Deportasiya olunmuş yüz minlərlə azərbaycanlının mülkiyyəti, müqəddəs yerləri qorunmalıdır

Ağgöl Milli Parkı ərazisində balıq ovuna cəhd edən şəxs saxlanılıb

UNICEF: İqlim böhranı dünyada təqribən 1 milyard uşağa təsir edir

Gənclər Fondunun rəsmisi: Dörd minə yaxın gəncin iştirakı ilə forum keçiriləcək

Formula 1: Gələn il Azərbaycan Qran-Prisində sprint yarışı olmayacaq