DÜNYA
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
Tbilisi, 28 noyabr, AZƏRTAC
Avropa Parlamenti Gürcüstanın hökumət rəhbərlərinə sanksiya tətbiq edilməsi ilə bağlı qətnamə qəbul edib. AZƏRTAC xəbər verir ki, 444 deputat qətnamənin lehinə, 72 nəfər isə əleyhinə səs verib.
Qətnamədə Gürcüstanın bəzi rəsmi şəxslərinə qarşı sanksiyaların tətbiqi tələb edilir,
Gürcüstan vətəndaşlarının vizasız gediş-gəlişi rejiminə yenidən baxılması təklif olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi