AVROPA-QAFQAZ-ASİYA NƏQLİYYAT DƏHLİZİNDƏ YÜKDAŞIMALAR ARTMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2005-ci ilin yanvar-avqust aylarında Avropa-Qafqaz-Asiya dəhlizinin Azərbaycan hissəsində yük daşınması ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz, yəni 29,7 milyon ton artmışdır. Bu, ölkəmizin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 36,4 faizini təşkil edir. Yüklərin 51,4 faizi dəmir yolu, 28,5 faizi avtomobil, 20 faizi isə dəniz nəqliyyatı vasitəsilə daşınmışdır.
Yük və sərnişin daşınmasından 704,3 milyard manat gəlir əldə edilmişdir. Gəlirin 55,3 faizi dəmir yolu, 26 faizi dəniz, 18,7 faizi avtomobil nəqliyyatı hesabına yaranmışdır. Ümumi gəlirin 89,1 faizi, yəni 627,4 milyard manatı yük daşımalarından, 10,9 faizi, başqa sözlə, 76,9 milyard manatı sərnişin daşınmasından əldə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:51]
Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir
- 06.10.2026 [14:48]
Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb
- 06.10.2026 [14:40]