AVROPA QONŞULUQ SİYASƏTİNƏ DAİR SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının (Aİ) ölkəmizdə həyata keçirdiyi proqram və layihələrə texniki dəstək verən Avropa Evi fevralın 15-də jurnalistlər üçün “Avropa İttifaqı və Azərbaycan” mövzusunda seminar təşkil etmişdir.
Avropa Komissiyasının ölkəmizdəki xüsusi elçisi Alan Uaddams və Avropa Evinin əlaqələndiricisi Volfqanq Şporrer Aİ-nin tarixi və strukturu, ölkəmizin bu qurumla əməkdaşlığı, həyata keçirilən layihələr, eləcə də Avropa Qonşuluq Siyasəti barədə məlumat vermişlər.