AVROPA ŞURASI BAŞ KATİBİNİN GÜRCÜSTANA VƏ ACARISTANA MÜRACİƏTİ
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Avropa Şurasının baş katibi Valter Şvimmer Gürcüstanı və Acarıstan Muxtar Respublikasını mübahisəli məsələləri silah gücünə deyil, dialoq yolu ilə həll etməyə çağırmışdır.
V.Şvimmerin Strasburqda yayılmış bəyanatında deyilir: “Mən dostlarımı – Prezident Mixail Saakaşvilini və Acarıstanın başçısı Aslan Abaşidzeni zorakılıqdan çəkinməyə, söz müharibəsinə son qoymağa və əsl dialoqa başlamağa çağırıram. Gürcüstan Avropa Şurasının üzvüdür və mübahisəli məsələlərin həllində demokratik qaydalara əməl etməlidir”.
V.Şvimmer bildirmişdir ki, Avropa Şurası Gürcüstanla Acarıstan arasında mübahisəli məsələlərin həllində hər cür mümkün hüquqi yardım göstərməyə hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]