AVROPA ŞURASI YERLİ VƏ REGİONAL HAKİMİYYƏTLƏR KONQRESİNİN SƏDRİ AZƏRBAYCANA GƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Avropa Şurası (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Covanni Di Stasi fevralın 13-də Azərbaycana səfərə gəlmişdir.
Səfər müddətində C.Di Stasi xarici işlər və ədliyyə nazirliklərində, Mərkəzi Seçki Komissiyasında, Bakı Şəhəri İcra hakimiyyətində görüşlər keçirəcəkdir.
Görüşlərdə bələdiyyələrin işinin təkmilləşdirilməsi, Azərbaycan Milli Bələdiyyələr Assosiasiyasının yaradılması və digər məsələlər müzakirə ediləcəkdir.