Avropada istixana qazlarının həcmi azalıb
Bakı, 1 noyabr, AZƏRTAC
2023-cü ildə Avropa İttifaqında atmosferə atılan istixana qazlarının həcmi 8,3 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, statistikanı Avropa Komissiyası yayıb. Bildirilib ki, bu, son 10 ildə ən yaxşı göstəricidir. Yalnız 2020-ci ildə azalma 9,8 faiz olmuşdu ki, bu da koronavirus pandemiyası dövrünə təsadüf edir.
İstixana qazlarının ən çox hasil olduğu ölkələrdən olan ABŞ-da azalma cəmi 1,4 faizdir. Hindistanda isə, bunun əksinə 6,1 faizlik artım qeydə alınıb.
Avropa Ətraf Mühit Agentliyi bildirir ki, 1990-cı illə müqayisədə İttifaqda istixana qazlarının həcmi 37 azalıb. Lakin 2030 və 2050-ci il hədəflərinə çatmaq üçün hələ çox iş görülməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]