AVROPALI QONAQLAR GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNDƏ OLMUŞLAR
Nazir müavini İntiqam Babayev və Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov ölkədə Dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində atılan addımlar və qarşıda duran vəzifələr barədə qonaqlara məlumat vermişlər. Bildirmişlər ki, ölkə iqtisadiyyatının sürətli inkişafı və dövlətin gənclərə göstərdiyi qayğı nəticəsində onlar sağlam həyat tərzi keçirməklə yanaşı, asudə vaxtlarını səmərəli keçirir, müasir texnologiyalara və beynəlxalq standartlara cavab verən ixtisaslara yiyələnir, təşkilatlanaraq yerli və beynəlxalq tədbirlərdə fəal iştirak edirlər.
Son illər Azərbaycan gənclərinin Avropaya inteqrasiyasının geniş vüsət aldığını, bir sıra beynəlxalq təşkilatların seçkili orqanlarında onların çoxluq təşkil etdiyini diqqətə çatdıran İntiqam Babayev, ölkədə gənclər təşkilatlarının sayının ildən-ilə artmasını da müsbət hal kimi qiymətləndirmişdir.
Sonra avropalı gənclər Azərbaycanın milli-mənəvi dəyərlərinin əks olunduğu tarixi abidə və muzeylərə (Tarix muzeyi, İçərişəhər tarixi memarlıq qoruğu, Qız qalası, Rüstəm Mustafayev adına dövlət incəsənət muzeyi, Şirvanşahlar sarayı kompleksi dövlət tarixi memarlıq qoruğu, Qobustan dövlət tarixi-bədii qoruğu) səyahət etmişlər.