Avstriyada koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb
Vyana, 16 sentyabr, AZƏRTAC
Avstriyanın Səhiyyə və Daxili İşlər nazirlikləri koronavirusa gündəlik yoluxma ilə əlaqədar ölkədə antirekord göstərici - 1552 yoluxma halı barədə məlumat yayıblar.
AZƏRTAC xəbər verir ki, bununla da ölkədə aktiv COVID-19 xəstələrinin sayı 13426 nəfərə çatıb, pandemiya başlayandan bəri isə Avstriyada 60 mindən çox insanda virus aşkarlanıb.
Hazırda xəstəxana şəraitində müalicə olunanların sayı 664 nəfərdir, onlardan 119 nəfər reanimasiya şöbələrinə yerləşdirilib. Ölüm hallarının sayı isə 877 nəfərə çatıb.
Koronavirusa yoluxanların əksəriyyəti paytaxt Vyananın payına düşür, ötən sutka ərzində burada 480 yeni yoluxma halı qeydə alınıb. Sonrakı yerlərdə isə Tiro (295), Aşağı Avstriya (242) və Yuxarı Avstriya (224) federal əyalətləri gəlir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]