Avtomobil yolunun ayırıcı zolağına həmişəyaşıl kol bitkiləri əkilib
Bakı, 18 noyabr, AZƏRTAC
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-20-ci kilometrlik hissəsinin ayırıcı zolağı “Azəravtoyol” ASC tərəfindən yaşıllaşdırılıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məqsəd həmin ərazidə ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsidir.
Sözügedən hissəyə 2 min ədəd həmişəyaşıl kol bitkiləri əkilib. Əkilən kollara üzvi gübrə verilərək suvarılıb.
Qeyd olunub ki, bu cür yaşıllaşdırma aksiyaları respublikanın bütün avtomobil yollarının mühafizə və ayırıcı zolaqlarında keçirilir.