AYDA BİR DƏFƏ SANİTARİYA GÜNÜ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Gəncə Şəhər İcra Hakimiyyəti əhalinin sağlamlığının qorunması və ərzaq məhsullarının satışında sanitar normalara əməl olunmasına nəzarət etmək üçün şəhər bazarlarında ayda bir dəfə sanitariya günü keçirməyi qərara almışdır. Bu məqsədlə, şəhər sanitariya-epidemiologiya mərkəzi ilə birlikdə iş planı tərtib edilmişdir. Həmin plana əsasən, bazarlar ayda bir gün bağlanacaq, tullantılardan təmizlənəcək və ciddi dezinfeksiya işləri aparılacaqdır.