Azadə Hüseynova: Qərbi Azərbaycanın çox zəngin qastronomiya irsi var
Bakı, 29 iyul, AZƏRTAC
Dövlət Turizm Agentliyi tərəfindən turizmin inkişafı istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirilir. Həmin fəaliyyətlərdən biri də Azərbaycanın qastronomiya imkanlarının öyrənilməsi və tətbiqi ilə bağlı işlərdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.
"Bildiyiniz kimi, Qərbi Azərbaycanın çox zəngin mədəniyyət və qastronomiya irsi var. Dövlət Turizm Agentliyi "Qərbi Azərbaycanın Qastronomiya Günü" tədbirinin təşkilatçılarından biridir. Tədbiri keçirməkdə məqsədimiz Qərbi Azərbaycanın qastronomiya imkanlarını və milli-mədəni dəyərlərini təbliğ etməkdir", - deyə A.Hüseynova qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:30]
Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib
- 16.10.2026 [14:18]
Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]