AZAL: Bakı-Naxçıvan reysi yola düşüb - YENİLƏNİB
Bakı, 17 yanvar, AZƏRTAC
“Azərbaycan Hava Yolları” aviaşirkətinin əlverişsiz hava şəraiti ilə əlaqədar gecikən J2-251 nömrəli reysinin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana yola düşüblər.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-253 nömrəli reysin sərnişinləri də təyinat məntəqəsinə yola düşüblər.
10:22
Azərbaycan Hava Yollarının J2-251 nömrəli Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan reysin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, sözügedən reysin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.
Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]
Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır
- 09.10.2026 [17:27]
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb
- 09.10.2026 [17:24]
Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir
- 09.10.2026 [16:18]
Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
- 09.10.2026 [15:23]