AZAL bir sıra istiqamətlər üzrə aviabiletlərə 30 faiz güzəşt tətbiq edib
Bakı, 6 mart, AZƏRTAC
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan Hava Yolları” (AZAL) qadınlar üçün Bakıdan müxtəlif istiqamətlər üzrə aviabiletlərə 30 faiz güzəşt elan edib.
AZAL-dan AZƏRTAC- a bildirilib ki, aviabiletləri martın 6-dan 8-dək aviaşirkətin 13 marşrutu (gediş-gəliş) üzrə güzəştlə əldə etmək mümkündür. Aksiya çərçivəsində aviabiletlər 28 mart-20 aprel tarixləri arasında uçuşlara şamil edilir.
Belə ki, Bakıdan Milan, London, Praqa, Berlin, Dubay, İstanbul, Antalya, Moskva (“Domodedovo” və “Vnukovo” hava limanları), Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Astana, Almatı şəhərlər üzrə uçuşlara 30 faiz güzəşt tətbiq olunur.
Sözügedən reyslərə aviabiletləri aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərindən, həmçinin [email protected] elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət etməklə əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]