Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azay Quliyev: ATƏT məkanında demokratiya böhranı ilə necə mübarizə aparılacağı əsas çağırışlardan biridir

Azay Quliyev: ATƏT məkanında demokratiya böhranı ilə necə mübarizə aparılacağı əsas çağırışlardan biridir

Vyana, 28 noyabr, AZƏRTAC 

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) dəvəti ilə “Seçki müşahidəsi və seçki proseslərində texnologiyanın rolu” mövzusunda seminarda iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanada səfərdədir.

Noyabrın 28-də keçirilən tədbirə təşkilata üzv olan 57 ölkənin nümayəndə heyətləri, parlament assambleyalarının təmsilçiləri, seçki üzrə ekspertlər, seçki idarəetmə orqanları və komissiyalarının üzvləri, beynəlxalq təşkilatların, seçki monitorinqini həyata keçirən QHT-lərin təmsilçiləri qatılıblar. İştirakçılar seçkiyə aid qabaqcıl təcrübə və çatışmazlıqları, müasir texnologiyalardan istifadə olunmaqla seçki prosesinin təkmilləşdirilməsini və digər məsələləri müzakirə ediblər.

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev seminarda “Demokratik seçkilərin keçirilməsi üçün ATƏT-in öhdəlikləri, beynəlxalq vəzifələri və standartları” mövzusunda məruzə ilə çıxış edib, təşkilatın seçki müşahidə missiyasına dair təcrübəsini bölüşüb.

2005-ci ildə Parlament Assambleyasına qoşulmasından bəri müxtəlif ölkələrdə müşahidəçi olmaqla yanaşı, keçən il ATƏT PA-nın Monteneqroda və Makedoniyada keçirilən seçkiləri müşahidə edən nümayəndə heyətinə rəhbərlik etdiyini diqqətə çatdıran A.Quliyev bu yaxınlarda Qırğızıstanda seçki müşahidə missiyasında xüsusi koordinator vəzifəsini daşıdığını bildirib.

Azad və ədalətli seçkilərlə bağlı əsas prinsiplərə, qərarlara və öhdəliklərə toxunan vitse-prezident qeyd edib ki, 1990-cı il Kopenhagen Sənədi demokratik seçkilərlə bağlı ATƏT-in əsas sənədidir və bu sənəd təşkilata üzv ölkələrin prosesləri davamlı və ədalətli tətbiq etməsi üçün bütün öhdəlikləri özündə ehtiva edir. ATƏT-ə üzv dövlətlərin öhdəlikləri təşkilatın onların qarşısında qoyduğu öhdəliklərdən daha geniş sferanı əhatə edir və burada, həmçinin BMT-nin və Avropa Şurasının sənədləri ilə bağlı beynəlxalq hüquq çərçivəsində məsuliyyət də öz əksini tapır.

Qeyd edilib ki, demokratik seçkilər müəyyən beynəlxalq təşkilatlara üzvlüyün şərtidir və tez-tez beynəlxalq ictimaiyyətdə hökumətlərin legitimləşdirilməsinə əsas kimi daha geniş xidmət göstərir. Belə bir sıra beynəlxalq tənzimləmələrin olmasına baxmayaraq, bu prosesdə çətinliklər həmişə var: “Biz ATƏT-in bir parçası olaraq bu çətinliklərin qarşısını necə ala bilərik? ATƏT bu istiqamətdə xalqların və hər hansı bir ölkənin qurumlarına daha yaxşı xidmət göstərməyə kömək edən bir sıra vasitələr hazırlayıb. Bunların arasında ATƏT-in müxtəlif ölkələrdə missiyalarını, etimadyaratma təcrübəsini təmin etməsini və ən əsası, seçki müşahidəsinin keçirilməsini göstərmək olar”.

Bildirilib ki, Parlament Assambleyası “inkişaf etmiş demokratik ölkələr” belə daxil olmaqla bütün ölkələrin demokratik öhdəliklər daşıdığını göstərmək üçün öz qərəzsiz yanaşmasını nümayiş etdirən geniş səylər göstərib. Uzun illərdir ki, Parlament Assambleyası bütün ölkələrdə - Vyanadan şərqdə və qərbdəki ölkələrdə seçki müşahidəsi ilə iştirak etmək üçün çalışır: “Məsələn, ABŞ-da 2004-cü ildə, yaxud İngiltərədə və ya bu yaxınlarda Almaniyada keçirilən seçkilər. Biz, həmçinin mümkün olduğu zaman ATƏT-in tərəfdaş ölkələrində də seçkiləri müşahidə edirik. Buraya 2004-cü ildə Əlcəzairdə və ya 2011-ci ildə Tunisdə keçirilmiş seçkiləri misal göstərmək olar”.

Diqqətə çatdırılıb ki, həm Parlament Assambleyası, həm də DTİHB seçki müşahidəsi ölkələrimizdəki demokratik praktikaları gücləndirməyə kömək etmək üçün effektiv bir vasitəyə çevrilib: “Seçki müşahidəsi demokratik strukturların saxlanılması və inkişaf etdirilməsində dəstək və yardım göstərmək üçün yaradılıb. Amma seçki müşahidəsi bütün problemlərin və çətinliklərin öhdəsindən gələn “müqəddəs piyalə” deyil. Yaxşı seçki müşahidəsi heç də mütləq şəkildə “yaxşı” demokratiyaya aparıb çıxarmayacaq. Biz bunu bəzi ölkələrdə seçki müşahidələri apararkən qarşılaşdığımız çətinliklərdən bilirik”.

Vitse-prezident, həmçinin vurğulayıb ki, seçki müşahidəsinin qərəzsizliyini, azad və ədalətli seçkilərin demokratiyanın təməl daşı olduğunu qorumaq qarşıda duran çətinliklərdən biridir. Seçki müşahidəsi əsasən bir ölkənin xalqı ilə həmrəylik nümayişidir və beynəlxalq ictimaiyyətin nümayəndələri olaraq ATƏT regionunun xalqlarını ən yüksək demokratik standartlara çatdırmaq üçün ölkələrimiz arasında bu əməkdaşlıq formasına ehtiyac var.

Etibarlı beynəlxalq seçki müşahidələrinə edilən hücumların hamı üçün narahatlıq doğurmalı olduğunu diqqətə çatdıran vitse-prezident əlavə edib ki, ATƏT çərçivəsində Kopenhagen Sənədində təsbit edilmiş proseslərlə, DTİHB-nin böyük təcrübəsi ilə, həmçinin ATƏT Parlament Assambleyasının üzvləri tərəfindən gətirilmiş siyasi təcrübələrlə uğurlu işlər görülür: “Amma biz qüsursuz ola bilmərik, çünki bizim fəaliyyətimizə təsir göstərmək üçün müntəzəm olaraq yeni cəhdlər var. Biz hər zaman işimizi yaxşılaşdırmağın yollarını nəzərdən keçirməyə hazır olmalı və birgə qəbul edilmiş bütün sazişlər və öhdəliklərə sadiq qalmalıyıq”.

Azay Quliyev seçki müşahidəsi prosesi ilə bağlı çətinliklərə toxunaraq bildirib ki, əgər məlumatlı bir cəmiyyətimiz yoxdursa, demokratiyada səylər qaçılmazdır. Demokratik seçkilər olsa da, insanlarımızın məlumatları olmadığı təqdirdə hesabatlarımız hər zaman qeyri-kafi olacaq. Bu gün internet və sosial media informasiya axınının yaranmasında və yayılmasında böyük bir platforma rolunu oynayır, baxmayaraq ki, bu məlumatlar asanlıqla saxtalaşdırıla və sui-istifadə oluna bilər: “Bu gün başqa bir çətinlik də demokratiya böhranı ilə necə mübarizə aparılacağı məsələsidir. Hökumətlərin formalaşmaması və zəif seçici fəallığı hər kəsə səs vermək üçün nəzərdə tutulmuş sistemə inamsızlığın artmasının əlamətləridir. Seçkilər zamanı administrativ orqanların pis işləməsi, seçki prosedurlarında qeyri-dəqiqliklər və ya uyğunsuzluqlar sistemə olan etimadı zəiflədir. Demokratiya və seçkilər xalqın seçki sisteminə olan inamından asılıdır. Məsələlər çox mürəkkəb vəziyyətə gələndə insanlar asan cavab axtarırlar. Bu, öz növbəsində, populizmə və qütbləşmənin artmasına səbəb olur ki, bu da bilavasitə bizim cəmiyyətləri demokratik inkişafdan geri salır. Bu çağırışın qarşısında qısamüddətli siyasi qazanc məqsədi güdməməli və diqqətimizi cəmiyyətlərimizin uzunmüddətli faydasına yönəltməliyik”.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu