Azər Buzovnalının 155 illik yubileyi münasibətilə əsərlərinin dördüncü cildi çap olunub
Bakı, 7 oktyabr, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Azər Buzovnalı. Əsərləri. IV kitab (Şeirlər və mənzum hekayələr)” nəşri işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qəzəlxan şair, tərcüməçi, pedaqoq və ictimai xadim Azər Buzovnalının 155 illik yubileyinə həsr olunmuş kitabın tərtibçisi, ərəb əlifbasından transfoneliterasiya edib nəşrə hazırlayan, müqəddimə və lüğətin müəllifi Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi dosent Könül Bağırovadır.
Kitabda Əlyazmalar İnstitutunun xəzinəsində və Azər Buzovnalının (1870-1951) şəxsi arxivində saxlanılan əlyazmaları - şeirləri (qəzəllər, qəsidələr, qitələr, müstəzad, rübailər), mənzum hekayələri ilk dəfə transfoneliterasiya olunaraq nəşrə təqdim edilib. Azər Buzovnalının milli-mənəvi dəyərləri təbliğ edən yaradıcılıq nümunələri bu gün də aktualdır. Şairin klassik üslubda yazdığı əsərlərinin dil-üslub xüsusiyyətləri dəyişdirilmədən tam orijinala uyğun çapa hazırlanıb. Kitab tədqiqatçılar, alimlər və tələbələr üçün dəyərli mənbə hesab oluna bilər.
Qeyd edək ki, yeni nəşrin elmi redaktoru və “Könülün könül verdiyi yadigarlar” başlıqlı ön sözün müəllifi akademik Rafael Hüseynov, rəyçiləri dosentlər Nailə Səmədova və Qətibə Quliyevadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]