Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan - UNESCO əməkdaşlığı dinamik şəkildə inkişaf etdirilir

Azərbaycan - UNESCO əməkdaşlığı dinamik şəkildə inkişaf etdirilir

Bakı, 16 may (AZƏRTAC). BMT-nın Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı - UNESCO öz üzvlərinə dünya səviyyəli mütəxəssislərin, texniki yardımların, həmçinin elmi və pedaqoji kadrların hazırlanması, qlobal elmi layihələrdə iştirak etmək imkanlarından bəhrələnmək imkanı verir. Xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət göstərən UNESCO ilə Azərbaycanın əlaqələri öz tarixinə görə ölkəmizin BMT-yə qəbul olunduğu dövrdən də əvvəlki illərə təsadüf edir. Azərbaycan Respublikası BMT-nin ixtisaslaşmış qurumu olan UNESCO-ya 1992-ci iyulun 3-də üzv qəbul olunmuşdur. Azərbaycan-UNESCO ilə əlaqələrinin genişləndirilməsi isə 1993-cü ilin ikinci yarısından - ümummilli lider Heydər Əliyevin respublikamızda yenidən hakimiyyətə qayıdışından sonra başlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin elm, təhsil və mədəniyyət şöbəsinin müdiri Aynur Fərmanovanın elmi araşdırmalarının nəticəsində qələmə alınmış “Azərbaycan - UNESCO əməkdaşlığı dinamik şəkildə inkişaf etdirilir” sərlövhəli analitik yazıda ölkəmizin bu nüfuzlu beynəlxalq humanitar təşkilata üzv qəbul edilməsindən ötən 22 ildə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən ətraflı bəhs olunur.

AZƏRTAC həmin yazını təqdim edir:

- Azərbaycan-UNESCO əlaqələrinin inkişafında ən mühüm addım ümummilli liderimiz Heydər Əliyevin Fransa Respublikasına 1993-cü ilin dekabrın 19-dan 21-dək davam edən ilk rəsmi səfəri çərçivəsində UNESCO-nun o vaxtkı baş direktoru Federiko Mayor ilə görüşü zamanı atılmışdır.

UNESCO-nun Nizamnaməsinin 7-ci maddəsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini bu təşkilatın işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ona görə də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və 1994-cü il fevralın 21-də ulu öndər Heydər Əliyev bununla əlaqədar Sərəncam imzalamışdır. Sərəncama əsasən, Milli Komissiya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış, xarici işlər naziri komissiyanın sədri təyin edilmiş və eyni zamanda sədrə Milli Komissiyanın tərkibini müəyyən etmək səlahiyyəti verilmişdir.

Bununla da Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində qurduğu geniş əməkdaşlıq əlaqələri ölkəmizin milli-mədəni ənənələrə sadiq qalaraq dünya sivilizasiyasına inteqrasiyası üçün əlverişli şərait yaratmışdır.

Bundan sonra respublikanın müvafiq nazirlik və idarələrinin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılmışdır. 2005-ci il sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UNЕSCО ilə Аzərbаycаn Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, UNЕSCО üzrə Аzərbаycаn Respublikasının Milli Kоmissiyаsı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır.

Sərəncama əsasən, UNЕSCО üzrə Аzərbаycаn Respublikasının Milli Kоmissiyаsının yeni tərkibi müəyyənləşdirilmişdir.

1994-cü il iyunun 18-də Budapeştdə UNESCO-nun Avropa regionu komitəsinin VII sessiyasında Azərbaycan bu komitəyə üzv seçilmişdir. Beləliklə, Azərbaycan UNESCO-nun Avropa regionu komitəsinə daxil olan ölkələr tərəfindən irəli sürülən akademik tanınma konvensiyasına qəbul edildi. Bu, Azərbaycanın beynəlxalq aləmdə təhsil və elm sahəsində qazandığı böyük uğurlarından biri idi.

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycan-UNESCO

münasibətlərinin inkişafında rolu

 

Azərbaycan ilə UNESCO arasındakı əlaqələrin möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin bu ixtisaslaşmış qurumun o vaxtkı baş direktoru Federiko Mayor ilə görüşləri mühüm əhəmiyyət kəsb edir. Keçirilən görüşlərdə Azərbaycanla bağlı təhsil, elm və mədəniyyət məsələləri müzakirə edilmişdir. 1994-cü il noyabrın 18-də ümummilli liderimiz Heydər Əliyev və UNESCO-nun baş direktoru Federiko Mayor tərəfindən Azərbaycan Respublikası ilə UNESCO arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Memorandumda respublikamıza təhsil, mədəniyyət və digər sahələrdə yardımların göstərilməsi nəzərdə tutulurdu. Burada Azərbaycanın mədəniyyət abidələrinin mühafizəsi və bərpası sahəsində əməkdaşlıq məsələləri də öz əksini tapmışdı.

UNESCO-nun baş qərargahında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş mərasimin keçirilməsi, həmin tədbirdə Federiko Mayorun şəxsən iştirakı, nəhayət, baş direktorun 1996-cı ilin noyabrında Bakıya gəlişi və yubiley mərasimlərində iştirakı əlamətdar hadisə olmaqla yanaşı, Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın yüksək səviyyədə qurulmasını göstərən amillərdəndir. Səfər zamanı mədəniyyət sahəsində ikitərəfli əməkdaşlıq haqqında saziş də imzalanmışdır.

Bununla yanaşı, “Mədəni sərvətlərin qanunsuz olaraq ölkədən aparılması, gətirilməsi və onların barəsində mülkiyyət hüququnun başqasına verilməsini qadağan etmək yolları” haqqında Beynəlxalq Konvensiyanın müddəalarını əsas götürməklə Azərbaycanın işğal olunmuş ərazilərindəki maddi-mədəniyyət abidələrinin qaytarılması, mühafizəsi və bərpası istiqamətində UNESCO ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Məlumdur ki, BMT-nin ixtisaslaşmış qurumları ilə elm sahəsində əməkdaşlıq özünü əsasən elmi konfranslarda, simpoziumlarda, seminarlarda iştirak etməkdə göstərir. Azərbaycan alimləri müxtəlif məsələlərə həsr olunmuş konfrans və seminarlarda çıxış etməklə yanaşı, qlobal problemlərlə bağlı beynəlxalq məclislərdə də öz sözlərini deyirlər. Bir sıra elmi toplantıların Bakıda keçirilməsi isə, Azərbaycan elminin böyük uğurudur. Qeyd etmək lazımdır ki, bu nüfuzlu qurum dünya şöhrətli alimlərin elmi irsinin öyrənilməsinə və təbliğinə də xüsusi diqqət verir. Görkəmli Azərbaycan alimi, akademik Azad Mirzəcanzadənin elmi-pedaqoji irsi haqqında UNESCO-nun xətti ilə konfrans keçirilməsi qərarı hələ 1992-ci ildə qəbul edilmişdi. Bu cür konfransların keçirilməsi istər Azərbaycan alimlərinin dünyada tanınmasında, istərsə də respublikada elmin inkişafında böyük əhəmiyyət rol oynayır.

Bu mədəni əlaqələr çərçivəsində sərgilərin, baxış-müsabiqələrin, fotosərgilərin təşkil edilməsi səmərəli nəticələr vermişdir. Görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərginin BMT-nin Nyu-Yorkdakı iqamətgahında nümayiş etdirilməsi respublikamızın təsviri incəsənət sahəsində qazandığı uğurların beynəlxalq səviyyədə təsdiqi kimi qiymətləndirilməlidir.

BMT baş katibinin həmin sərginin açılışında iştirakı Azərbaycan mədəniyyətinə göstərilən böyük diqqətdir. UNESCO baş direktorunun kabineti yanındakı sərgidə dünya incəsənət inciləri ilə bir sırada Lətif Kərimovun müəllifi olduğu “Memar Əcəmi” xalçasının asılması (bu xalça 1983-cü ildə Bakıda UNESCO xətti ilə keçirilən xalça simpoziumunda o vaxtkı baş direktor A.Bouya hədiyyə edilmişdi) Azərbaycan mədəniyyətinə olan diqqətin nəticəsi idi.

Azərbaycan UNESCO əməkdaşlığına dair 1996-cı ilin noyabrında imzalanmış sazişi heç bir mübaliğəyə yol vermədən təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın yeni mərhələsinin başlanğıcı hesab etmək olar. Təsadüfi deyil ki, məhz bundan sonra Azərbaycanda ali təhsilin TASİS və TEMPUS proqramlarına uyğun şəkildə yenidən qurulmasına dair iki layihənin reallaşdırılmasına başlanılmış, 2000-ci il UNESCO tərəfindən “Böyük İpək yolu - TRASEKA ili” elan olunmuşdu.

Bundan əlavə, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə UNESCO ilə əlaqələri möhkəmləndirmək və Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə ölkəmiz UNESCO çərçivəsində qəbul edilmiş bir sıra konvensiyalara qoşulmuşdur.

Ümummilli lider Heydər Əliyev 1997-ci il sentyabrın 3-də UNESCO-nun baş direktoru Federiko Mayora ünvanladığı məktubda bu qurumun “İnsanların Sülh Hüququ haqqında Bəyannamə”sinin qəbul edilməsi təklifini təqdirəlayiq hal hesab etdiyini və bəyannamə layihəsini dəstəklədiyini baş direktorun diqqətinə çatdırmışdır. Bununla yanaşı, məktubda Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi dövlət kimi bundan sonra da öz siyasətini yalnız sülhün bərqərar olmasına yönəldəcəyi qeyd edilirdi.

Ümummilli Liderin məktubunda, xüsusilə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ərazimizin 20 faizinin işğal edilməsinə, 1 milyondan artıq vətəndaşımızın öz yurdlarından didərgin düşməsinə, mədəni sərvətlərimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Respublikasının sülhsevər siyasət apararaq, ölkədə siyasi sabitliyə, vətəndaş həmrəyliyinə nail olduğunu və bu münaqişəni yalnız sülh yolu ilə həll etmək niyyətində olduğu bildirilirdi.

Azərbaycanın mədəni və təbii irsinin qorunması məsələsi də UNESCO ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bu baxımdan Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi 2000-ci ilin dekabrında UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Lakin Azərbaycanda baş vermiş zəlzələ nəticəsində İçərişəhərin ərazisində yerləşən memarlıq abidələrinə dəymiş zərər və bununla bağlı bir sıra problemlərə görə 2003-cü il iyulun 4-də Dünya İrsi Komitəsinin 27-ci sessiyasında İçərişəhər kompleksi UNESCO-nun Təhlükə Altında Olan Dünya irsi Siyahısına salınmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, İçərişəhərə dövlət qayğısı artırılmışdır. UNESCO-nun Dünya İrsi Komitəsinin ekspertlərinin hesabatlarında Azərbaycan hökuməti tərəfindən İçərişəhər Qoruğunun mühafizəsi istiqamətində görülən işlər təqdir edilmişdir. Nəticədə Dünya Mədəni İrsi Komitəsinin 2009-cu il iyunun 22-dən 30-dək İspaniyanın Sevilya şəhərində keçirilən 33-cü sessiyasının qərarına əsasən, İçərişəhər Kompleksi UNESCO-nun Təhlükə Altında Olan Dünya irsi Siyahısından çıxarılmışdır.

UNESCO-nun Dünya İrsi Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada keçirilmiş 31-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Qobustan Dövlət Tarixi Bədii Qoruğu Dünya İrsi Siyahısına daxil edilmişdir. Azərbaycanın təbii irsinin qorunması məqsədilə Hirkan meşələrinin namizədlik sənədləri hazırlanaraq Dünya İrsi Komitəsinə təqdim edilmişdir. Hazırda bu istiqamətdə müvafiq işlər həyata keçirilir.

UNESCO-Azərbaycan əlaqələrindən təkcə ölkəmizin mədəni irsi deyil, ayrı-ayrı mədəniyyət və incəsənət xadimləri də yararlanırlar. 1999-cu ildə Azərbaycanın muğam ustası Alim Qasımov UNESCO - Beynəlxalq Musiqi Şurasının birinci mükafatını qazanmışdır. 2003-cü ilin noyabrın 7-də Azərbaycan muğamı UNESCO-da bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur. 2008-ci ildə məşhur azərbaycanlı bəstəkar və pedaqoq Firəngiz Əlizadəyə UNESCO-nun “Sülh naminə incəsənət xadimi” fəxri adı verilmişdir. Dünya mədəni irsinə verdiyi töhfələrə görə, Azərbaycanın xalq rəssamı Tahir Salahov UNESCO-nun “Pikasso” qızıl medalına layiq görülmüşdür.

UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 2009-cu il sentyabr 28-dən oktyabrın 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında Komitənin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz bayramı bu nüfuzlu qurumun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

 

Azərbaycan-UNESCO münasibətlərinin

yeni mərhələsi

 

Müasir şəraitdə Azərbaycan-UNESCO münasibətlərinin inkişafında və onun genişlənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzolunmaz rolu vardır.

Mehriban xanım Əliyeva 2004-cü ilin sentyabrında ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülmüşdür.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva mədəniyyət, təhsil və idman sahəsində geniş fəaliyyət göstərir. Mehriban xanım Əliyeva 1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil etməklə, ölkəmizin mədəni irsinin təbliğinin, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərmişdir. Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə Mehriban xanım Əliyeva Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürmüşdür.

Ötən illər ərzində UNESCO çərçivəsində Nəsirəddin Tusinin anadan olmasının 800 illik yubileyi, Azərbaycan alimi, şərqşünas Mirzə Kazımbəyin 200 illik yubileyi, аkаdеmik Yusif Məmmədəliyеvin, məşhur xalçaçı-rəssam Lətif Kərimоvun, akademik Musa Əliyevin, görkəmli yazıçı-pedaqoq Mir Cəlal Paşayevin, məşhur rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyləri yüksək səviyyədə qeyd edilmişdir.

Ümumiyyətlə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyi ilə Azərbaycan-UNESCO münasibətləri ən yüksək inkişaf səviyyəsinə yüksəlmişdir.

Bununla yanaşı, Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatının müxtəlif strukturları arasında münasibətlərin inkişaf edib möhkəmləndirilməsində də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə geniş miqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə xanım Mehriban Əliyeva 2006-cı il noyabrın 4-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Həmin fəaliyyətin nəticəsidir ki, 2006-cı il noyabrın 26-da İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban xanım Əliyevaya İSESCO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplomu təqdim etmişdir.

Qarşılıqlı əməkdaşlıq fəaliyyəti nəticəsində Azərbaycanın ev sahibliyi ilə keçirilən beynəlxalq və nüfuzlu forum, konfrans və seminarlarda dünyanın ən nüfuzlu elm, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər. Bu tədbirlər sırasında 2008-ci il iyunun 10-11-də Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, eləcə də mədəniyyətlərarası dialoqa dair dörd möhtəşəm tədbirin keçirilməsi, xüsusilə 2011-ci il aprelin 7-8-də paytaxtımızda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun reallaşdırılması, həmçinin Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı qərar da, İKT ilə əməkdaşlığın bəhrəsi və Azərbaycanın birinci xanımının yorulmaz fəaliyyətinin nəticəsidir.

Azərbaycan muğamının, aşıq sənətinin, milli xalçaçılıq sənətimizin UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs xəzinəsinə daxil edilməsi, ədəbiyyat, mədəniyyət korifeylərimizin dünyaya tanıdılması, onların yubileylərinin bu nüfuzlu qurum miqyasında qeyd olunması hamımızda məmnunluq doğurur.

Hələ 2005-ci ilin oktyabrında UNESCO-nun 60 illiyinə həsr edilmiş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində Parisdə “Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda” mövzusunda keçirilmiş tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Şərqlə Qərbin qovuşduğu bir məkan olaraq Azərbaycanın qlobal mədəni dialoqa öz töhfəsini verməyə hazır olduğunu vurğulamışdır. Sonrakı illərdə bu yöndə əməli addımların atılması, konkret təşəbbüslərin irəli sürülməsi və ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bunu bir daha təsdiqləmişdir.

Bütün bu fəaliyyətin nəticəsində, 2010-cu il iyulun 30-da Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya UNESCO-nun baş direktoru İrina Bokova tərəfindən “Qızıl Motsart” medalı təqdim olunmuşdur.

2013-cü il sentyabrın 17-də Parisdə, UNESCO-nun mənzil- qərargahında TÜRKSOY-un, Azərbaycanın, Qazaxıstanın və Türkiyənin bu beynəlxalq qurum yanında daimi nümayəndəliklərinin təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçirilmişdir. Bu tədbirlərdə Şərqdə ilk musiqili operettanın müəllifi olan Üzeyir Hacıbəylinin “Arşın mal alan”ının beynəlxalq səviyyədə tanındığı, həmçinin onun bir çox dillərə tərcümə olunduğu və dünyanın bir çox ölkələrində müvəffəqiyyətlə nümayiş etdirildiyi haqqında məlumat vermişdir. Bununla yanaşı, operettanın dünya incəsənətinin nadir incilərindən olduğu diqqətə çatdırılmış, zəngin və qədim tarixə malik Azərbaycan mədəniyyətinin parlaq nümunəsi kimi səciyyələndirilmiş, onun 100 illiyinin UNESCO kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən qeyd olunması ölkəmiz üçün əlamətdar hadisə kimi dəyərləndirilmişdir.

Azərbaycanın UNESCO-ya üzv qəbul olunmasının 20 illiyi münasibətilə 2013-cü il iyulun 18-də Parisdə qurumun baş qərargahında keçirilmiş mərasimdə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çıxışında qeyd etmişdir ki, ölkəmiz UNESCO-nun müxtəlif sahələrdə məqsədlərinin təşviqinə sadiqdir: “Son 20 ildə biz ölkəmizdə təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə xüsusi diqqət yetirmişik. Biz dərindən inanırıq ki, yalnız yüksək səviyyəli təhsilə malik olan ölkə uğurlar əldə edə və xalqı üçün daha yaxşı həyat keyfiyyətini təmin edə bilər. Biz, eyni zamanda, elmin və müasir texnologiyaların inkişafına çoxlu sərmayə yatırırıq. Bu ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azərspace-1”-in kosmik fəzaya buraxılması bunun bariz nümunəsidir”.

Mədəni irsin qorunmasının Azərbaycan hökuməti üçün prioritet istiqamət olduğunu bildirən Mehriban xanım Əliyeva muğam, aşıq musiqisi, tar ifaçılığı, Novruz bayramının UNESCO-nun Qeyri-Maddi İrs siyahısına daxil edildiyini xatırlatmaqla, eyni zamanda, Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısına salındığını diqqətə çatdırmışdır.

Bununla yanaşı, Azərbaycanın həm də UNESCO ilə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlıq etdiyini bildirən Azərbaycanın birinci xanımı qeyd etmişdir ki, bu gün beynəlxalq ictimaiyyət ölkəmizi yüksək dini və etnik dözümlülük sahibi, dialoqun mərkəzi kimi tanıyır və əsrlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda sülh, harmoniya şəraitində yaşamışlar. UNESCO ilə Azərbaycan arasında bağlanmış çərçivə sazişinin də mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən Mehriban xanım Əliyeva ölkəmizin UNESCO ilə əməkdaşlığını davam etdirəcəyinə və mövcud olan böyük potensialı reallaşdırmaq üçün gələcəkdə əlaqələrimizin daha da güclənəcəyinə əmin olduğunu bildirmişdir.

Bu gün Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoqa töhfəsini verir, öz mədəni irsi, dəyərləri ilə əhatəmizdə olan dünyagörüşlərini, mədəniyyətləri zənginləşdirir, eyni zamanda, onların ən mütərəqqi baxışlarını əxz edir. Azərbaycan öz mədəni irsi ilə Şərqə nə qədər bağlıdırsa, intellektual potensialı, elmi-mədəni yenilik və texnologiyaları geniş tətbiq etməsi ilə bir o qədər Qərb dünyasına yaxındır. Hazırda Azərbaycan dünyada zəngin milli-mədəni dəyərləri ilə yanaşı, həm də mədəniyyətlərarası ünsiyyət, anlaşma məkanı kimi tanınır.

Biz qloballaşma prosesində beynəlxalq birliyə birtərəfli inteqrasiya yolunu seçməmişik. Bu yol ikitərəflidir, çünki dünyaya öz mədəni zənginliyimizi təqdim və təbliğ etməyi bacarır, dünyanı bizdən nələri isə öyrənməyə təşviq edə bilirik. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərti ilə dünya birliyinə inteqrasiya etməkdir.

Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti Azərbaycan tərəfdən irəli sürülmüşdür. Ötən müddətdə atılan əməli addımlar, irəli sürülən ideya və təşəbbüslər də bunu deməyə əsas verir. Bu baxımdan ölkə rəhbərliyi, hökumət qurumları ilə yanaşı, qeyri-dövlət xətti ilə görülən işləri, ilk növbədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüslərini xüsusi qeyd etmək lazımdır.

Bütün yuxarıda göstərilənlərə - Azərbaycanın çoxtərəfli beynəlxalq mədəni əlaqələrinin inkişafına nəzər saldıqda aydın olur ki, müasir geosiyasi şəraitdə nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən UNESCO tərəfindən dəstəklənən möhtəşəm tədbirlər respublikamızın beynəlxalq aləmdəki nüfuzunu daha da möhkəmləndirmiş, ölkəmizin tolerantlıq və dialoq məkanı kimi indiyədək oynadığı tarixi missiyaya təkan vermiş və nəticə olaraq mədəniyyətlərarası dialoq üzrə qlobal platformanın əsası qoyulmuşdur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı