Azərbaycan "Tokio-2020"yə daha bir lisenziya qazanıb
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan "Tokio-2020" Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. Güləşçimiz Hacımurad Hacıyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya təsnifat turnirinin finalına adlayıb.
AZƏRTAC xəbər verir ki, turnirdə 74 kiloqram çəki dərəcəsində çıxış edən H.Hacıyev ilk görüşdə fransız rəqibini "tuşe" ilə mübarizədən kənarlaşdırıb. Millimizin üzvü dörddəbir finalda əzmkarlıq nümayiş etdirərək son saniyələrdə həyata keçirdiyi uğurlu fəndlə Macarıstan təmsilçisini üstələyib və yarımfinala adlayıb. Bu mərhələdə Rumıniya idmançısına da gücünü göstərən H.Hacıyev həm yarışın finalına, həm də Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Final görüşü martın 19-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]