AZƏRBAYCAN AKROBATLARI AVROPADA DÖRDÜNCÜDÜRLƏR
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan cütlüyü təsnifat yarışlarının yekunlarına görə 82,75 balla ikinci yeri tutmuşdur. Lakin qızlarımız final təmrinlərinin icrasında səhvlərə yol verdikləri üçün dördüncü yerlə kifayətlənməli olmuşlar. Qadın cütlüyünün yekun nəticəsi 27,88 bal təşkil etmişdir. Avropa çempionu adına rusiyalılar layiq görülmüş, ikinci yerə Polşa, üçüncü yerə isə Böyük Britaniya idmançıları çıxmışlar.
Yeniyetmələrin turnirində Rüstəm Nəcəfquliyev, Vüqar Əhmədov, İlham Abbasov və Fərid Məmmədovdan ibarət qrup iştirak etmişdir. Akrobatlarımız məcburi proqramın hər üç təmrininin yerinə yetirilməsində 85,25 bal toplamış və Avropa birinciliyinin sahiblərini, ənənəvi güclü Litva komandasını arxada qoyaraq dördüncü nəticə göstərmişlər. Qızıl medalların sahibi yenə də Rusiya akrobatları olmuş, gümüş medallara Böyük Britaniya, bürünc mükafata isə Bolqarıstan idmançıları layiq görülmüşlər.
Yunanıstanda Avropanın 22 ölkəsinin akrobatları yarışırdılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]