Azərbaycan ali təhsil müəssisələri ilə Hacettepe Universiteti arasındakı əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Bakı, 22 dekabr, AZƏRTAC
Elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Hacettepe Universitetinin rektoru Mehmet Cahit Gürenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasının ali təhsil müəssisələri ilə Hacettepe Universiteti arasındakı əməkdaşlığın cari vəziyyət və perspektivləri müzakirə olunub.