AZƏRBAYCAN ALİMİ BEYNƏLXALQ SİMPOZİUMA DƏVƏT OLUNMUŞDUR
AMEA-nın Genetik Ehtiyatlar İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, həmin tədbirdə ölkəmizi Botanika İnstitutunun direktoru, akademik Vahid Hacıyev təmsil edəcəkdir. Tədbirdə son illər akademik Cəlal Əliyevin rəhbərliyi ilə genefondun və biomüxtəlifliyin qorunması sahəsində respublikamızda aparılan və beynəlxalq aləmdə yüksək qiymətləndirilən tədbirlər barədə ətraflı məlumat veriləcəkdir.