Azərbaycan badmintonçusu: Növbəti oyunda daha yaxşı çıxış etməyə çalışacağam
Paris, 27 iyul, Elnur Salahov, AZƏRTAC
Əlimdən gələni etməyə çalışdım.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra deyib.
İlk dəfə Olimpiya Oyunlarında iştirak etdiyini xatırladan idmançı görüş zamanı həyəcanlı olduğunu bildirib: “Rəqibim dünya altıncısıdır və Parisə medal qazanmaq üçün gəldiyini gizlətmirdi. Çalışacağam növbəti oyunda daha yaxşı çıxış edim”.
N qrupunda yer alan idmançımız ilk görüşündə çinli He Bin Çzyao ilə qarşılaşıb. Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Dünya reytinqinin ilk “onluğ”unda qərarlaşan Çin idmançısı ilk setdə 21:8, ikinci setdə isə 21:7 hesablı üstünlük qazanıb.
Keişa Fatimə Zəhra qrupda növbəti oyununu iyulun 29-da Böyük Britaniya badmintonçusu Kristi Gilmora qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]